Ağdaşda erkən nikah və narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tamaşa nümayiş olunub-FOTOLAR

Mədəniyyət
Ağdaşda erkən nikah və narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tamaşa nümayiş olunub
16 dekabr 2025-ci il tarixində Ağdaş Rayon İcra Hakimiyyətinin dəstəyi, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə erkən nikah və narkomaniya mövzusunda maarifləndirici tədbir keçirilib.
Ağdaş rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə rayon İcra Hakimiyyətinin, YAP Ağdaş rayon təşkilatının, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəhbərləri, hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə ilk olaraq Ağdaş rayon Prokurorluğunun köməkçisi, I dərəcəli hüquqşünas Elman Abbaslı və Ağdaş rayon Polis şöbəsinin kiber cinayətkarlığa qarşı mübarizə qrupunun rəhbəri, polis leytenantı Əmrah Oruclu çıxış edərək erkən nikahın fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan, narkomaniyanın isə insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sağlam həyat tərzi üçün təhlükə törədən amil olmasından və ölkəmizdə hər iki problemə qarşı aparılan mübarizə tədbirlərindən bəhs ediblər.
Daha sonra Ağdaş rayon Mədəniyyət Mərkəzinin “Xalq teatrı”nın üzvlərinin təqdimatında erkən nikah və narkomaniya mövzusuna həsr olunmuş “Gizli həqiqətlər” adlı tamaşa nümayiş olunub.
MUASİRMEDİA.AZ