Bir vaxtlar “ev dustaqlığı” anlayışı cəmiyyətdə məsuliyyət, məhdudiyyət və səssizliklə assosiasiya olunurdu.
Bu status, məhkəmənin qərarına əsasən, şəxsin davranışlarına nəzarəti və ictimai fəallığının məhdudlaşdırılmasını nəzərdə tuturdu. Bu gün isə tamamilə fərqli bir mənzərə ilə üz-üzəyik: hüquqi baxımdan azadlığı məhdudlaşdırılan bir şəxs televiziya studiyalarında görünür, sosial şəbəkələrdə sərhədsiz danışır, canlı efirdə təhqir edir və bütün bunları adi hal kimi davam etdirir. Qanunun çəkdiyi xətt efir işıqları altında sanki görünməz olur. Bir tərəfdə məhkəmə qərarı, digər tərəfdə şou proqramlar. Bir tərəfdə davranışa nəzarət anlayışı, digər tərəfdə küçə jarqonu, etik çərçivələri aşan çıxışlar və reytinq naminə susan media. Paradoks ondadır ki, bu ziddiyyət artıq cəmiyyətdə təəccüb də doğurmur, adi normaya çevrilib. Diqqət çəkən başqa bir məqam isə Rəqsanənin davranışlarındakı açıq dəyişiklikdir. Tutulana qədər cəmiyyət qarşısında az-çox ölçü-biçini qoruyan, müəyyən hədləri aşmamağa çalışan bir obraz vardı. Ev dustaqlığına buraxıldıqdan sonra isə bu hədlər sanki aradan qalxıb. O, indi daha sərbəst, arxayın və güvənli görünür. Elə bil məhkəmə qərarı onu məhdudlaşdırmayıb, əksinə, toxunulmazlıq hissi yaradıb. Bu rahatlıq təsadüfi deyil. Bu, ona göstərilən münasibətin və yaradılan mühitin nəticəsidir. Məhz burada haqlı sual ortaya çıxır, Rəqsanəyə hansı imtiyazlar verilib ki, ev dustaqlığı real məhdudiyyət yox, formal status təsiri bağışlayır? Qanunun işləmədiyi hissini yaşayan insanın davranışı da məsuliyyət tanımır. Rəqsanənin canlı efirlərdə istədiyi şəxsi küçə ifadələri ilə açıq şəkildə təhqir etməsi və qarşı tərəfin cavab haqqı olmadan bu çıxışların yayımlanması artıq söz azadlığı deyil. Bu, nəzarətsiz aqressiyanın efir vasitəsilə normallaşdırılmasıdır. Burada məsuliyyət təkcə danışanda yox, ona bu şəraiti yaradanlardadır. Ən narahatedici məqam isə televiziya kanallarının mövqeyidir. Reytinq uğrunda yarışan kanallar onu “qalmaqallı qonaq”, “maraq doğuran sima” adı altında efirə dəvət edir. Bu zaman nə ictimai məsuliyyət, nə efir etikası, nə də milli-mənəvi dəyərlər gözlənilir. Media cəmiyyətin zövqünü formalaşdırmalı olduğu halda, onu bilərəkdən ucuz sensasiyalarla sövq etdirir. Sosial şəbəkələrdə və televiziya efirlərində açıq-saçıq görüntülərin, alt paltarının nümayişinin adi hala çevrilməsi vəziyyətin başqa bir təhlükəli tərəfidir. Bu cür davranışlar “şou-biznes” pərdəsi altında legitimləşdirilir. Halbuki söhbət təkcə bir ifaçının şəxsi seçimi deyil, söhbət ailə saatlarında yayımlanan, gənc nəsil üçün normal kimi təqdim edilən görüntülərdən gedir. Ərciyəz kimi qeyri-adi fiqurların birbaşa efirə qoşularaq sevgi etirafları etməsi isə prosesin nə qədər ucuzlaşdırıldığını göstərir. Bu nə sənətdir, nə mədəniyyət, nə də ictimai maraq. Bu, diqqət çəkmək üçün qurulan tamaşadır. Amma bu tamaşa efirə çıxan andan etibarən fərdi məsələ olmaqdan çıxır və ictimai problemə çevrilir. Bütün bunların fonunda sual yaranır, Rəqsanə Azərbaycan xalqı üçün kimdir? Hansı dəyəri təmsil edir? Hansı mədəniyyətin daşıyıcısıdır? Əgər cavab yalnız qalmaqal, etikadan uzaq davranış və reytinq xatirinə yaradılan səs-küydürsə, deməli problem təkcə bir şəxsdə deyil. Əsl problem onu bu mövqeyə gətirən sistemdədir. Məsuliyyətsiz media siyasətində, zəif ictimai nəzarətdə və kollektiv susqunluqdadır. Biz kimləri efirə çıxarırıq, kimləri “ulduz” ediriksə, sabahın dəyər ölçüsünü də elə onlar müəyyən edir. Müxtəlif səbəblər üzündən həbs olunmuş bu kimi ünsürlərə televiziya kanalları qucağını səxavətlə açır. Sanki türmədən deyil, düşmən üzərində qələbə qazanan bir fateh kimi təqdim olunur. Ona bu “qəhrəmanlığına” görə dəstək olmayanlar qınaq obyektinə çevrilir. Bu yazı kimisə təkcə qınamaq üçün deyil. Məqsəd cəmiyyət olaraq özümüzə baxmaq üçündür. Biz nəyi maraq adlandırırıq? Nəyi normal qəbul edirik? Və ən əsası, susaraq nəyi legitimləşdiririk? Necə olur ki, sərxoş bir şəxsin qeyri-etik sözlərinə görə həyat yoldaşı işdən çıxarılır, bütün ailəsi ictimai qınağa məruz qalır, üzr videosu çəkdirilir, amma efirdə davamlı təhqir, açıq-saçıq davranış və etikadan kənar çıxışlar edənlərə “gözün üstə qaşın var” deyən olmur? Bu ikili standart cəmiyyətin ədalət hissini yox edir. Qanun selektiv işlədikdə, əxlaq da seçici olur. Biz isə susaraq bu seçiciliyin bir parçasına çevrilirik.

MUASİRMEDİA.AZ
Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza” mükafatı laureatı.