İsrail–Azərbaycan münasibətlərində yeni diplomatik mərhələ: Gideon Saar Bakıda

Siyasət
İsrailin Xarici İşlər naziri Gideon Saar rəsmi səfərlə Azərbaycana gəlib. Səfər çərçivəsində nazirin Bakıda Azərbaycan rəsmiləri ilə bir sıra yüksək səviyyəli görüşlər keçirməsi planlaşdırılır.
Görüşlərdə İsrail–Azərbaycan münasibətlərinin inkişafı, regional və beynəlxalq məsələlər, eləcə də ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Proqrama həmçinin yəhudi icmasının nümayəndələri ilə görüşlər daxildir.
Qeyd edək ki, Azərbaycan və İsrail arasında münasibətlər uzun illərdir strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir