“Çoxlu sayda güllə döş qəfəsində sağalmaz yaralar açmışdır.”

Cəmiyyət
Bu, 20 Yanvar günü 15 yaşında şəhid olmuş sinif yoldaşım Nərimanın ölüm haqqında arayışında yazılanlardır. Ailənin yeganə oğlu o gün valideynlərini, bacılarını tərk etdi. O gün bizlər üçün- Nəsimi rayonundakı 42 saylı orta məktəbin 8-ci sinif şagirdləri üçün dəhşətli gün oldu. Biz şəhid verdik. Amma bu illər ərzində məni ən çox üzən bilirsiniz nədir? Hər 20 Yanvar günü şəhid məktəblilər deyəndə, yazanda yalnız 2 məktəbli- İlqar və Larisanın adı çəkilir. Niyəsini hələ də bilmirəm. Allah cəmi şəhidlərə rəhmət eləsin, ruhları şad olsun!
20 Yanvar Şəhidimiz Nəriman Hüseynov haqqında
Hüseynov Nəriman Vəli oğlu 1975-ci ildə Tovuz rayonunun Xatınlı kəndində anadan olub. 42 nömrəli məktəbin VIII sinif şagirdi idi. 1990-cı il yanvarın 20-də Nəriman atışma səsinə küçəyə çıxmış, Salyan qazarmasının yanında avtomat gülləsi ilə yaralanmışdır. Məhəllə uşaqları onu xəstəxanaya aparıblar. Onlar xəstəxanaya çatanda hər yan zülmət imiş. Semaşko adına xəstəxananın işıqları söndürülübmüş. Səhər tezdən onun meyidini Semaşko adına xəstəxananın meyidxanasından tapıblar. Vəli kişinin 15 yaşına çatdırdığı ilki Nəriman ailənin yeganə oğlu idi. Nərimanın anası uzun illərdir ki, ağır xəstədir. İki bacısına da Nəriman qulluq edirdi. Həkim H.Hüseynovun imzaladığı ölüm haqqında arayışda yazılmışdır: «Çoxlu sayda güllə döş qəfəsində sağalmaz yaralar açmışdır». Ölümündən sonra Şəhid statusu verilib. Şəhidlər xiyabanında dəfn edilib.Allah rəhmət eləsin, ruhu şad olsun.
Fotoğraf açıklaması yok.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir