1ci sual:”Məhdudiyyəti sərbəstliyə çevirən koxlear implant möcüzəsi” adlı konfransda Sizin çıxışınıza qulaq asıb ,tədbirdə uşaqların Azərbaycan Himnini ifa etməsini eşitdik.
Necə uğurlu nəticələr əldə etdiyinizin şahidi oldum. Müxtəlif səbəblərdən irəli yaranan nitq geriliyi ilə islahat işi aparırsız. Ləngimənin geniş spektrini əhatə edən- əqli,ruhi,psixi pozğunluğu olan individuumlar . Danışıqları bərpa edilməsi məqsədi ilə mütəxəssislərin qarşısında duran ən əhəmiyyətli şərtlərlə tanış olmaq istərdim.”
1ci sualın cavabı:“Dəyər verdiyiniz üçün təşəkkür edirəm,əzizim Zeynəb xanım. Nitq patoligiyasının səbəbindən və növündən asılı olmayaraq,mütəxəssis daimi axtarışda olduğu üçün , belə uşaqlarla aparılan tədris dəqiqələri – seans xarakteri daşıyır. Gəlin bir neçə tapşırıqlara baxaq və fikirləşək , artikulyasion gimnastikadırsa- təkrarlamaq,şifahi heca imlasıdırsa -savadla əksini yazıda göstərmək,nağıldırsa- təhlil etmək,süjetli şəkildirsə – ətraflı təsvir etmək mümkündürmü? Hansı analizatorun fəaliyyəti inkişaf edilməlidir? ” 8 sm yaşıl xətt çək! Qırmızı xətti ölç! Düzbucağı qatta! “Əlverişli şəraiti situasiya əsnasında yaranan kontekstual nitq doğur. Bu isə əsas sübutdur ki, ” qulaq as – anla – icra et – danış “- real differensiasiya bacarıqlarını tələb edir. Bir sözlə baxış konsenytrasiyasının dəqiqləşdirilməsi üzrə iş getməlidir. Görmə qnozisinin( axtar,seç,tap,müqaisə et,fərqini gör)mükəmməl olması nitq apparatın gimnastikası da təmin edir. Məsələn ,loqopediyanın şahı sayılan- ” Canavar təbəssümü” və onun alternativası – ” bükülü dodaqlar” “Trubka” məşqlərini təkcə nümayiş etmək kifayət deyil. Onu icra edilməsi – mimikaya baxış incəliyini istəyir. Deməli ,saat – vaxt- zaman : siferblatda əqrəblərin vəziyyəti – Tamamdı, yarısıdı, qalıb və işləyir. Bu texniki tərəfi. Lakin zaman dilində danışıq: gecikmək,tələsmək,vaxtında gəlmək anlayışlarını əqrəblərlə yerləşdirmək deməkdir. İmla – ekranarxası və ağız nümayişi ilə – səs – hərf məqsədi ilə Bax- qulaq as- yaz şəklində aparılır : ağrı-axrı; araşdır- arazdır;cücə- küçə; gecə- çəki- tikə-təki;olmaz- ölməz; dağda- taxta. Görün nə qədər görmə təhlili tədrisindən göz çıxmalıdır ki, səsin yaranma ünvanı və yerinə baxaraq, bu sözləri yaza bilsin. Nəhayət ‘ Ədəbiyyat ,nağıl,hekayə oxusu, cizgi filmə seyr etmə, monoloq,replikavə danışıq. Necə oldu ki, ” Turp” nağılında itlə pişik,pişiklə siçan dalaşmadı? Böyük babaya balaca nəvə köməyə çağırıldı? Moralı nədi? – ” Güc birlikdədir, mehribançılığdadı.” Nə üçün ” Qoğal” hər qarşısına gələnə “məni yemə ” deyə yalvardı? – “qədrini bil” anlayışı. Hansı səbəbdən Qar qız axırı buluda çevrildi? Axı nəyə görə ” Balıqçı və balıq” nağılında qızıl balığ birdəfəlik yoxa çıxdı?” Düşünməyək ki, bu kimi mürəkkəb anlayışlar – halal qazanc,tülkü bicliyi,Tanrının payı ,qəlb sınığlığı – səhnələşdirmə olmadan, filmlərə ,teatrlara baxılmadan, nitq mexanizm kimi sistemli dinamikada olmadan, baxış konsentrasiyası işlənilmədən – açıq frazalı nitq ilə ifadəyə gətirilə bilər. Tərbiyyəçi, valideyin, qohum, psixoloq,loqoped və sırf metodistlərdən ibarət komanda çalışmalıdır. Bildiyimiz kimi danışıqdada – “Göz tək qəlbin deyil, hətta nitqin aynasıdır ” devizi – əsas şərtdir.
2ci sual:“Siz daimi təcrubədə olan aparıcı qüvvəsiz. Bəzən elə uşaqlarla rastlaşırıq ki,zəka səviyyəsi- yüksək, istedadlı, lakin dialoq qurmağı bacarmır. Səbəbini bilmək istərdik, aydın izah edə bilmədiyi halda, fikrini əziyyətlə çatdırmağı – durum olaraq onların cəmiyyətdə inteqrasiya olunmasının qarşısını almazmı? Tədqiqatlarınız nədən bəhz edir?
2ci sualın cavabı:” Məsələ burasındadır ki,ana dili və ədəbiyyat, məntiq və riyaziyyat işlərinə “xüsusi yanaşma metodu” deyilən tədris sferası var. Kimliyindən asılı olmayaraq, loqoped ya surdopedaqoq- filologiyanın psixolinqvistika incəlikləri ilə yanaşmalıdır. Məqsəd isə- nitqin inkişaf edilməsi üçün düzgün qurulan qrammatik konstruksiya. Eyni söz cümlədə müxtəlif morfoloji status daşıya bilər: “Düz gedin ,evə çatacaqsız. Düz yol sizi evə aparacaq.” “Soyuq külək. Soyuq salamlaşmaq.” Bu cümlələrdə” düz” və ” soyuq” sözü – feyillə işləndikdə – zərf, isimlə işləndikdə isə- sifət funksiyasını icra edir. Məntiq izahatına gəldikdə ,riyazi formulada qayda pozula bilər. Məsələn, beş ikiyə bölünə bilməz, lakin 5 manatın yarısı- 2m 50 qəpikdir. 9 sm lik xətti 2 hissəyə böldükdə, hərəsi – 4sm 5 mm təşkil edir.İki yeddiyə bölünmür, amma 2 həftənin yarısı, 7 gündü.O cümlədən paradoksal hallar: ” 50 (əlli) yeddidən az ola bilər, qiymət barədə danışılsa: ” Corab- 50 qəpik, papaq isə – 7 man dır”. 1 kvadrat 4 dörd hissəyə bölünür, cavabı 4 kvadrat[ 1÷4=4]. Yəni misal – məntiqlə ifadə paralleli. 1 saatın yarısı – yarımsaatdı. Uşaq texniki olaraq siferblatda saatın vaxtını öyrənə bilər. Lakin zaman dilində danışmaq üçün ” gec-tez” anlayışlarını əqrəbin hara yürüdüyünü qiymətələndirərək ,deyə bilər. Məsələn: ” Saat beşə 15 dəq qalıb. Siz 20 dəq sonra gedəcəksiz”. Saat əqrəbləri irəli yürüdükcə,zaman artaraq gedir, və əksinə. Fikir verdinizmi , biz nə qədər dilçilik – məntiq- nitq inkişafı- qrammatika biliklərinə malik olmalıyıq ki, bu növ uşaqların nitqi mükəmməl inkişaf edilsin?
3cü sual:”Təsadüf yoxsa xəyalların gerçəkləşməsi, bu nadir sahəyə Sizi nə kimi səbəblər gətirdi? Əgər defektoloq olmasa idiz,digər hansı fənnə yiyələnmək istəyərdiz? Pərvanə xanım, sizə dərin simpatiyam var,işinizi sevirsiz, qalibiyyət dolu pedaqoq müvəffəqiyyətləri. Ürəklər bağlıdı,incə hissli,səmimi insansız,yumor da sizə xasdır,onun vasitəsilə demək istəmədiyinizi söyləyə bilirsiz. Həyatda arzularınıza çatmısınızmı,qəlbinizin dərinliyində Sizi narahat saxlayan izlər varmı?
3cü sualın cavabı: ” Ailədə 3 qardaş,qeyd edim ki,”R” səsini heç biri deyə bilmirdi, tək bacı olmuşuq.Günorta saatları idi,evdə tək idik, uzaq bir qohum qapımızı döydü lakin açmadıq. Axşam valideynlərimiz işdən qayıtdıqda,bunlar çatdırdı ki,evimizə əmi gəlmişdi. Anam nə qədər soruşdu ,kimi idi, adı nə idi,onların yadlarına düşmədiyi üçün, cavab verə bilmədilər. Sonra növbə mənə gələndə, o əminin adını bilə bilə ,danışıq tərzini necə yamsıladımsa,anam və atamda yerindəcə başa düşdülər ki ,bizə gələn Teyyub əmi olub. Qalın dodaq, iri həcmli dili, surətlə danışıq tonu həmişə diqqətimi cəlb edirdi. Həyatda yeganə arzum tərcüməçi olmaq olub, nəsib olmadı. Müvəffəqiyyətim bol olub işimdə,Reklam heç yerdə yerləşdirmədən, sosial şəbəkələrdə adım hallanmadan ,özüm görünmədən,30 ildir ki, mənə saysız hesabsız zəng və müraciətlər olunur. Defektologiya – əhilləşdirməyə qədər pedaqoji metod yığımıdır.Ürəyimdə yük kimi bərkiyən təkcə budur ki, iş zamanı aşırı dərəcədə rəhmsiz oluram,bu da valideyinə üfüq nümayiş etmək həsrətindən irəli gələn mənfi nöqsanımdır.
4cü sual: “Tədbirlərdə Sizinlə həmsöhbət olan media işçiləri, aparıcılar,valideynlərin müzakirələrindən eşitmişəm ki, REKORD əldə etdiyiniz işləriniz olub. Deyilənə görə nitq deyil, qulaq oxşayan bir xalça toxuyursuz. Təmiz ,səlis,melodik danışıq sahibi yaradırsız. Ən bəyəndiyiniz əsər , canlı şagirdləriniz nəzərə alınır, kimlər olub və mümkünsə səbəbi.
4cü sualın cavabı: “Tə’rifdən uzaq insan olduğum üçün, düşünürəm məni təmsil edən varlıq- uğurla ayrıldığım məzunlarımdı.
Yeni uşaq- yeni kitabdı, onu oxuduqca,öyrəndikcə maariflənmişəm,sayələrində mükəmməlliyə doğru getmişəm və sayqılarım onlarladı. Qələbə və üfüqü mənə tədrisdə fəal olan uşaqlar qazandırıb, REKORD adlandırdığınız əsərlər barədə isə Onların şifahi nitqini eşitsə idik ,daha ədalətli olardı. Fərdi təcrubəmdə xüsusi yerdə isə Şəki rayonundan yanıma gələn Eşitmə zərifliyi olan Aytən qızımız dayanıb. Onun 1 yaş 9 ayında baxış imkanlarını qiymətləndirib- ” soskalı butulkanı” əlindən alıb əvəzinə qələm verməyim olub. Artığ 4 yaşında 3-4 hecalı sözləri imla şəklində yazmağı bacarıb. Digər eşitmə cihazı taxan Azərbaycan dilli uşaq səs- hərf sintezi o dərəcədə işlənib ki, bu gün rus sektoru olan məktəbdə oxuyur. Baxış qnozisinin keyfiyyətli inkişafı nəticəsində Autist spektr daşıyıcısı bir oğlan uşağı fortepiano klaviaturasında mürəkkəb arpedjio eşidərək təkrarən onu ifa edir . 2023 cü ildə inkişafı ləng uşaqlar arasında aparılan “İlin pianisti” konkursunda Şopenin əsərin möhtəşəm ifa edib,mənidə alqış yağışına tutdurub. Bilmirəm, belə olmaq borcumdur yoxsa fəxr edim? Ümumilikdə ənənəvi Loqopediyada- nitq səsinin korreksiya dövrünə 9 ay vaxt ayrıldıqda, 8-10 giriş seansı ötmədiyi mövcud olduğu – təcrubəmdə konstant hala çevrilib.
5 ci sual: ” Minnətdaram Sizə, çox xoş idi sizinlə danışmaq.
Özümdə xeyli material topladım, sirrli elmdir- defektologiya. Tövsiyyələriniz,məsləhət və nəsiyyətləriniz. Sizə daimi zirvədə olmağı arzu edirik,davamçılarınız mə’ zunlarınızdan da çox olsun. Təzə iliniz mübarək olsun. Görüşmək Ümidi ilə. Minnətdarıq.
5ci sualın cavabı: ” Defektologiya fakultəsinin
1.Azərbaycanda Pedaqoji universitetlərdə fəaliyyət göstərməsi, əsas tövsiyyəmdi.
2.Özüm Moskvada oxumuşam, oradakı kimi burdada inkişafı geri qalan uşaqlar üçün nitq psixologiyası ,məntiq və riyaziyyat, ana dili və ədəbiyyat, surdopedaqogika,loqopedik ritmika,idman kimi fənlərin təlim tədrisinin xüsusi yanaşma metodu üzrə kafedralar açılsın.
3.Televiziya vasitəsi ilə “defektoloqun açıq seansı” verilişi nümayiş edilsin.
4.İbtidai sinifdən məktəblərdə ” Daktil,mimika və jest ” fənni proqramma əlavə olunsun ki , eşitmə qüsuru olan uşaqlar cəmiyyətdə inteqrasiya olsun.
5.Multidissiplinar komanda kompleksdə bu növ uşaqlarla tədris işi aparsın;
6.Bakıda ” Mimika və Jest teatrı ” açılsın. Sevindirdiz məni ,zövq aldım gözəl danışığımızdan. Təzə ildə hər zaman görüşmək arzusu ilə , sizin Pərvanə m.
MUASİRMEDİA.AZ
Pərvanə M.
