Erməni mediası yazır ki, bu gün – 27 yanvar Ermənistan parlamenti “Vətən müdafiəçilərinin anım günü” elan edib və Yerablur hərbi pantenonunda anım mərasimi keçirilib.
Hazırda qeyri-iş günü elan edilən mərasim günündə ermənilər pantenonu ziyarət edirlər . Yerablurda separatizm meyilləri ilə tanınan revanşistlər pantenonda Qarabağa aid abidənin əhatəsinə yığılaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə Paşinyanı qınayıblar. Eyni zamanda iki ölkə arasındakı yaxınlaşma siyasətini, həmçinin Azərbaycanın ərazi bütövlüyünü qəbul etmədiklərini dilə gətiriblər. Ermənistan Baş naziri Nikol Paşinyan “Yerablur” hərbi panteonunda 44 günlük müharibədə ölən işğalçılara həsr olunmuş “artsaxın çağırışı” abidəsini ziyarət etməyib və abidəyə gül qoymayıb.
Beləki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru, “Vətən” partiyasının lideri Artur Vanetsyan “Yerablur” hərbi panteonunda jurnalistin Ermənistan rəhbərliyinin abidəyə niyə ehtiram göstərməməsi və gül qoymaması ilə bağlı sualını cavablandırıb. Vanetsyan qeyd edib ki, o, belə bir şey görməyib və əlavə edib ki, bu, hakimiyyətin problemidir və ola bilsin ki, hansısa komplekslərlə bağlıdır.
Xatırladaq ki, “artsaxın çağırışı” abidəsi Artur Vanetsyanın özünün təşəbbüsü və dəstəyi ilə qoyulmuşdur.
MUASİRMEDİA.AZ
