Hindistanın Maharaştra ştatında təyyarə qəzaya uğradı-ÖLƏNLƏR VAR

Dünya
Hindistanın Maharaştra ştatında  çarter reysi həyata keçirən təyyarə qəzaya uğrayıb.

Hadisə nəticəsində Maharaştra ştatının hökumət başçısının müavini Acit Pavar da daxil olmaqla 5 nəfər ölüb.

Bildirilir ki, təyyarə səhər saatlarında Mumbaydan havaya qalxıb və təxminən 45 dəqiqə sonra eniş cəhdi zamanı Baramati hava limanı yaxınlığında qəzaya düşüb. Qəza zamanı təyyarədə olanların hamısı həlak olub.

Qeyd olunur ki, Acit Pavar yerli seçkilər ərəfəsində Baramati bölgəsində keçiriləcək dörd mühüm ictimai tədbirdə iştirak etməyi planlaşdırırdı.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir