Salyan rayonunda baş verən avtomobil qəzasında xəsarət alanlar var-FOTO

Hadisə

Salyan rayonunda baş verən avtomobil qəzasında xəsarət alanlar var.
Hadisə köhnə Ələt-Astara magistralının rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“BMW” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində hələlik şəxsiyyəti dəqiqləşdirilməyən üç nəfər xəsarət alıb.
Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir