Gəncə şəhərində yerləşən hotellərdən birində ölüm hadisəsi baş verib.

Kriminal

Yanvarın 27-si saat 17:00 radələrində Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Ramiz İsgəndər oğlu Əsgərov Gəncə şəhəri ərazisində yerləşən hoteldə infarkt nəticəsində vəfat edib.

Digər ölüm faktı isə Səbail rayonunda qeydə alınıb. Belə ki, yanvarın 27-si saat 23:00 radələrində Rusiya Federasiyası vətəndaşı, 1968-ci il təvəllüdlü Cəmil Paşa oğlu Əliyevin üzərində zorakılıq əlamətləri olmayan meyiti Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqdan aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir