Mədəniyyət Nazirliyinin musiqi və incəsənət sahəsində həyata keçirdiyi islahatlar çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsi və təhsilverənlərin peşə səriştəsinin artırılması məqsədilə Sumqayıt şəhərində məlumatlandırıcı görüş təşkil olunub.
Görüş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimləri üçün keçirilib.
Görüşdə nələr müzakirə olundu?
• Attestasiyanın mahiyyəti və hüquqi əsasları
• Attestasiya proqramının məzmunu
• Müvafiq ixtisaslar üzrə nəzəri və praktiki mövzular
• Attestasiyaya hazırlıqla bağlı tövsiyələr
Bu cür görüşlərin əsas məqsədi musiqi və incəsənət məktəblərində çalışan müəllimlərə attestasiyanın keçirilmə qaydalarını daha aydın izah etmək, proqram mövzularını sistemli şəkildə təqdim etmək və hazırlıq prosesinə real dəstək verməkdir.
Qeyd edək ki, digər regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimləri ilə də oxşar məlumatlandırıcı görüşlərin keçirilməsi nəzərdə tutulur.
Təhsil keyfiyyəti güclü müəllimdən başlayır.





MUASAİRMEDİA.AZ
