Göyəçol kəndinin səhəri talış dağlarından süzülən günəş işığı ilə başlayır. Bu işıq təkcə təbiəti deyil, insanın ruhunu da oyadır.
Bu kəndin torpağı zəhmətlə nəfəs alır, daşına, ağacına, suyuna alın tərinin qoxusu hopub. İnsanları isə sadəliyi, mərdliyi, halal zəhmətə bağlılığı ilə seçilir. Elə həmin torpağın qoynundan doğulub boya-başa çatmış Xudayar Rəhimov da kəndinin təbiəti kimi səmimi, safdı. Onun həyatı hamar cığırlarla deyil, daşlı, çətin yollarla ölçülür. Bu yollar onu yormayıb, əksinə möhkəmləndirib. Çətinliklərə qatlaşıb, zəhməti özünə dayaq edib. Həyatın sərt üzünü görsə də, qəlbini sərtləşdirməyib. Alın tərinin hər damlası sonradan insanların üzündə təbəssümə çevrilib. Hər uğuru sadəliyin, hər qazanılan hörmət isə mərhəmətin bəhrəsi olub. O, heç vaxt zirvəyə baxaraq başqalarını unutmayıb, əksinə, zirvəni başqalarına yol olmaq üçün seçib. Xudayar müəllim insanlara dayaq olmağı özünə həyat amalı seçib. Məşəl var, deyirlər “Kölgəsi ilə xeyir verən çinar yaxşı insana bənzəyir.” O da doğma kəndin kökü dərinlərdə, budaqları geniş, kölgəsi isə hər kəsə sığınacaqdır çinarı kimidir. Onun varlığı insanlara güvən hissi verir. Yanında olan insan bilir ki, dar gündə tək qalmayacaq. Şəhid ailələrinin, qazilərin, aztəminatlı insanların qapısına yol tapan, onların dərdinə şərik olan bir ürək daşıyır köksündə. O qapıları təkcə fiziki olaraq deyil, mənəvi olaraq da açmağı bacarıb. Onun etdiyi yaxşılıqların adı çəkilmir. Çünki özü heç vaxt bunu nümayiş üçün etməyib. Yaxşılıq onun üçün göstəriləsi bir iş deyil, nəfəs kimi təbii, vicdan borcu kimi müqəddəsdir. Sükut içində edilən xeyirxahlığın necə böyük güc olduğunu onun həyat yolu sübut edir. O, insanların könlünə yol açmağı bacarıb. Hər kəsin yaddaşında yaxşılıqla qalıb. Kimisinin dərdinə əl uzadıb, kimisinin evinə işıq aparıb, kimisininsə qəlbinə ümid salıb. Onun gördüyü işlər təkcə torpaqları birləşdirən yollar deyil, könülləri birləşdirən, insanları bir-birinə yaxınlaşdıran yollardır. Bu yollar xəritələrdə görünməsə də, insan qəlbində silinməz iz buraxır. Göyəçolun səhəri necə ki, günəşin şəfəqləri ilə işıqlanır, eləcə də bu insanın adı insanların könlünü işıqlandırır. Onun mərhəməti günəş işığı kimidir. Hər kəsə bərabər dəyir, heç kimdən əsirgənmir. Kimliyinə, mövqeyinə baxmadan, sadəcə insan olduğu üçün dəyər vermək onun ən böyük xüsusiyyətidir. Onun izi daşda deyil, insan qəlbindədir. Həyatı isə canlı bir məktəbdir. Zəhmət insanı möhkəmləndirir, mərhəmət ucaldır, sadəlik isə sevilməyə səbəb olur. Bu məktəbdə dərslər sözlə deyil, əməl ilə keçirilir. Xudayar Rəhimovla iki dəfə məclisdə görüşmək mənə onun bu keyfiyyətlərini yaxından hiss etmək imkanı verib. İlk baxışdan səmimiyyəti, təvazökarlığı, mehriban ünsiyyəti ilə seçilən bir insan təsiri bağışladı. Onunla söhbətdə süni davranışa, zorla qurulan cümlələrə rast gəlmirsən. Daxilində nə varsa, üzündə də odur. Tanışlığımız onun əmisi oğlu, mənim isə dostum və qardaşım, rəhmətlik Baloğlan Əşrəfovun da yaxın dostu olan gözəl insan, bacarıqlı həkim Qulu Əbülfəzovun vasitəsi ilə yaranıb. Bu faktın özü də Xudayar müəllimin ətrafında necə keyfiyyətli, etibarlı insanların toplandığını göstərir. Çünki yaxşı insanın ətrafı da yaxşı insanlardan ibarət olur. Xudayar müəllimin qardaşı, hörmətli Aydın müəllimin 70 illik yubiley tədbirinin aparıcısı olmaq isə mənim üçün xüsusi bir şərəf idi. O məclisdə ailə dəyərlərinin, qardaşlıq bağlarının, insan münasibətlərinin necə möhkəm olduğunu bir daha gördüm. Bu ailənin kökündə tərbiyə, hörmət və mərhəmət dayanır. Sadə bir ailədə doğulan bu nurlu insan ömrünü işığa çevirib, çevriib çoxunun ömür yolunu işıqlandırıb. Onu tanıyanlar haqlı olaraq “Xudayar müəllim yol açan, könül qazanan insandır.” deyirlər. Bilirəm, Xudayar müəllim onun haqqında yazılmağı, təriflənməyi sevmir. Amma bu sətirləri yazmağı özümə vicdan borcu bildim. Əslində bu yazı onup ucaltmaq üçün deyil, gördüyüm xeyirxahlığın, şahidi olduğum saf insanlığın qarşısında duyduğum dərin hörmətin səmimi etirafıdır. Bu sözlər nə sifarişlə, nə də nümayiş üçün yazılıb. Onlar ürəyimdən qopub, qələmimə köçüb.

MUASİRMEDİA.AZ
Şərafəddin İlkin, Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.