Azərbaycan idmançılarının 2026-cı il fevralın 1-nə olan reytinq cədvəli bəlli olub.

İdman

Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Birinci pillədə 480 xalla yunan-Roma güləşçisi Həsrət Cəfərov yer alıb. Sərbəst güləşçi Giorgi Meşvildişvili (460) ikinci, cüdoçu Zelim Kotsoyev (430) üçüncüdür.

 

Növbəti sıralarda Ülvü Qənizadə (yunan-Roma güləşi, 400 xal), Elcan Hacıyev (cüdo, 370 xal), Osman Nurmaqomedov, Arseniy Djioyev (hər ikisi sərbəst güləş, hər ikisi 340 xal), Zelim Tçkayev (cüdo, 330 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal) və Eldəniz Əzizli (yunan-Roma güləşi, 320 xal) qərarlaşıblar.

 

Həsrət Valeh oğlu Cəfərov 5 oktyabr 2002-ci ildə Goranboyda doğulub.

Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 2023-cü il Avropa Çempionatının qalibi olub.

Bundan əlavə, Həsrət Cəfərov 2017-ci ildə Bosniya və Herseqovinanın Sarayevo şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatını qızıl medalla başa vurub. 2018-ci ildə i Həsrət Cəfərov KYRM-da yeniyetmələr arasında Avropa Çempionatının və Xorvatiyada yeniyetmələr arasında Dünya Çempionatının bürünc medallarını qazanıb.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir