Adəm peyğəmbərin ağ və qara paltarlılarla dialoqu

DIN
Adəm peyğəmbər əyləşmişdi, üç nəfər ağ geyimli insan daxil oldu içəri, oturdular peyğəmbərin sağ tərəfində
Bir az keçmişdi üç nəfər qara geyimli insan daxil oldu içəri., oturdular peyğəmbərin sol tərəfində.
Adəm peyğəmbər birinci ağ geyimlidən, soruşdu ki, sən kimsən?
Dedi: Mən ağıl.
Peyğəmbər dedi, harda qərar tutmusan?
Dedi: Başda.
İkinci ağ geyimlidən soruşdu peyğəmbər ki, bəs sən kimsən?
Dedi: Mən məhəbbət, sevgi.
Peyğəmbər dedi, harda qərar tutmusan?
Dedi: Qəlbdə.
Üçüncü ağ geyimlidən soruşdu peyğəmbər ki, bəs sən kimsən?
Dedi: Mən abır həya.
Peyğəmbər dedi, harda qərar tutmusan?
Dedi: Mən gözdə.
Adəm peyğəmbər sonra qara geyinən birincidən soruşdu ki, bəs sən kimsən?
Dedi: Mən, mənəm-mənəm, təkəbbür.
Peyğəmbər soruşdu ki, harda qərar tutmusan?
Dedi:Başda.
Peyğəmbər dedi, ağılnan bir yerdə?
Dedi yox mən gələndə ağıl gedir.Yəni mənəm- mənəm insan ağıllı ola bilməz.
Ağıllı insan da təkəbbürçilik edə bilməz.
İkinci qara geyimlidən soruşdu peyğəmbər ki, bəs sən kimsən?
Dedi: Mən paxıllıq, həsəd.
Peyğəmbər soruşdu harda qərar tutmusan?
Dedi: Qəlbdə
Adəm peyğəmbər dedi, məhəbbətlə bir yerdə?
Dedi: Mən qəlbə girəndə məhəbbət ordan çıxır.
Üçüncü qara geyimlidən peyğəmbər soruşdu ki, bəs sən kimsən?
Dedi: Mən tamah.
Peyğəmbər soruşduki, sən harda qərar tutmusan?
Dedi: Gözdə.
Dedi peyğəmbər ki, abır həya ilə bir yerdə?
Dedi yox mən gələndə abır həya gedir
Nəticəmə gəlincə:
İnsanın həyatında ağıl,məhəbbət və təvazökarlıq kimi dəyərlər ön planda olmalıdır.Ancaq təkəbbür və tamah kimi hisslər gəldikdə bu dəyərlər geriləyir.
Nəticə etibarilə, insanın ruhunu qidalandıran və onu yüksədən dəyərlər hər zaman üstün olmalıdır.

MUASİRMEDİA.AZ 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir