Boyuna ətir vurmaq təhlükəlidir

Cəmiyyət
Boyun nahiyəsinə ətir vurmaq qalxanabənzər vəzə ciddi hormon pozuntusu yaratmasa da, dəri üçün risklidir. Həkimlərin bildirdiyinə görə, ətirdəki kimyəvi maddələr günəş şüaları ilə reaksiyaya girərək qızartı, ləkə və uzunmüddətli piqmentasiya yarada bilər. Bu vəziyyət “poikilodermiya” adlanır.
Boyun dərisi nazikdir, yağ vəziləri azdır və günəşə daha çox məruz qalır. Ona görə də burada bərpa prosesi çətin, günəş zədələnməsi isə üzə nisbətən daha güclü olur. Təkrar ətir istifadəsi kontakt dermatit, yanma və həssaslıq riskini də artıra bilər.
Mütəxəssislər ətiri boyun əvəzinə geyim üzərinə və ya günəşə az məruz qalan nahiyələrə vurmağı tövsiyə edirlər.
  MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir