Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 1–2-də Qəbələ rayonunda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon sakinlərini qəbul edib.
Qəbulda 314 vətəndaşın müraciəti dinlənilib, əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.
Səfər çərçivəsində polis və daxili qoşunlarda xidmət etmək istəyən gənclərin sıra baxışı keçirilib. 206 nəfər növbəti mərhələyə buraxılıb, onlardan 17-si Vətən müharibəsi iştirakçısıdır.





MUASİRMEDİA.AZ
