Bakıda qadınları fahişəliyə cəlb edən saxlanılıb.
“escort.aze” adlı kanalda fahişəliklə məşğul olan qadınları reklam edərək bunun müqabilində onlardan pul alıb.
İttiham aktına görə, 34 yaşlı Bəhruz Səfərov (ad və soyad şərtidir) admini olduğu “escort.aze” telegram kanalında fahişəliklə məşğul olan qadınların foto və yarıçılpaq videolarını yayaraq onları reklam edib. Bunun üçün 8 zərərçəkən qadından hər həftə müəyyən məbləğdə pullar alıb. Həmçinin Bəhruzun bu cinayət əməlində “Batya” və “Fidoş” ləqəbli istintaqa məlum olmayan ortaqları da olub. Məlumata əsasən, cinayət ortaqlarıına üz tutan fahişəliklə məşğul olan qadınlar kanaldakı kişi müştərilərlə müxtəlif otellərdə cinsi əlaqədə olublar.
Daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları əməliyyat keçirərək Bəhruzu saxlayıblar. Ona qarşı cinayət işi açılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
MM.AZ
