Rusiyanın Belqorod vilayətində keçirilən görüş zamanı pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.
Rusiya Milli Qvardiyasının (Rosqvardiya) mətbuat xidməti məlumat yayıb. Hadisə vilayət qubernatoru Vyaçeslav Qladkovun Qrayvoron dairəsinin Smorodino kəndinə səfəri zamanı baş verib. Bildirilib ki, qubernator yerli sakinlərlə görüş keçirərkən pilotsuz uçuş aparatlarından biri əraziyə yaxınlaşıb.
Məlumata əsasən, Rosqvardiyanın xüsusi təyinatlı əməkdaşları dərhal atəş açaraq PUA-nı vurublar. Qeyd olunur ki, zərərsizləşdirilən aparat havada partlayıb.
Hadisə nəticəsində xəsarət alanların və dağıntının olmadığı bildirilib.
MM.AZ
