Naxçıvanda evdən ər və arvadın meyiti tapıldı

Hadisə

Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb.

Hadisə Babək rayonunun Yarımca kəndində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yunis oğlu və onun həyat yoldaşı, 1992-ci il təvəllüdlü Hüseynova Gülnarə Xalıqverdi qızının meyiti yaşadıqları evdən tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı Babək rayon Prokurorluğunda araşdırma aparılır.

Naxçıvanda meyiti tapılan ər-arvadın ölüm səbəbi məlum olub.

1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yuris oğlu və onun 1992-ci il təvəllüdlü arvadı Hüseynova Gülü Xalıqverdi qızı yaşadıqları fərdi yaşayış evində dəm qazı sızması nəticəsində zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir