Moskvanın mərkəzində yanğın ölənlər var-foto

Dünya
Moskvanın mərkəzində baş verən yanğın nəticəsində üç nəfər ölüb, dörd nəfər yaralanıb.

 Bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyindən agentliyə verilən xəbərə görə, yanğın söndürülüb. Yanğın Nikoloyamskaya küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında baş verib. Yanğınsöndürmə və xilasetmə bölmələri beşi uşaq olmaqla 19 nəfəri xilas edib. Yanğınsöndürmə işlərinə 86 nəfər işçi heyət və 23 texnika cəlb olunub.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir