Temperatur 5 dərəcə enəcək, qar yağacaq, dolu düşəcək – TARİXLƏR
Bakıda və Abşeron yarımadasında martın 27-si səhərdən 29-dək arabir yağış yağacağı, bəzi yerlərdə yağıntının intensiv xarakterli olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.
MM.AZ
