Yavər Kələntərli 26 mart 1902-ci ildə Şamaxıda anadan olmuşdur. O, muğam, təsnif və Azərbaycan xalq mahnılarının mahir ifaçısıdır. 1932–1937-ci illərdə Azərbaycan radiosununun və 1937–1941, 1945–1951-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur..
Leyli, Leylinin anası (“Leyli və Məcnun”, Üzeyir Hacıbəyov), Əsli (“Əsli və Kərəm”, Üzeyir Hacıbəyov), Ərəbzəngi (“Şah İsmayıl”, Müslüm Maqomayev) və digər partiyaları ifa etmişdir.
Ailəsi
Yavər Kələntərlinin qızlıq soyadı Zamanova olmuşdur. Xudaverdi Kələntərli ilə evlənmişdir. Şair Abbas Səhhət Yavərin doğma bibisi oğlu idi.
MM.AZ
MM.AZ
