Neft tankerinin vurulmasına Türkiyədən reaksiya: “Yaxın vaxtlarda”

Dünya

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu 140 min ton neft yüklü tankerdə partlayışın xarici müdaxilə nəticəsində baş verdiyini bildirib.

Nazir sualtı hücum versiyasının araşdırıldığını deyib.

“Sualtı hücumla bağlı ehtimallar dəyərləndirilir. Texniki qruplarımız hadisə yerinə yönləndirilib. Onlar yaxın saatlarda bunu müəyyən edəcəklər. Biz daha dəqiq açıqlamanı araşdırmadan sonra verəcəyik.
Amma hazırda onu deyə bilərik ki, bu, müdaxilə nəticəsində baş verən partlayışdır. Xüsusilə də mühərrik bölməsinə yönəlməsi gəmini tamamilə sıradan çıxarmaq məqsədi daşıyır”, – o vurğulayıb.

Qeyd edək ki, Türkiyəyə məxsus ALTURA xam neft tankeri Qara dənizdə dronla vurulub.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir