Azərbaycanın Milli Qəhrəmanı Aqil Məmmədov

HƏRBİ
​Azərbaycanın Milli Qəhrəmanı Aqil Məmmədov 1969-cu ildə Qubadlı rayonunda anadan olmuş və Birinci Qarabağ müharibəsi zamanı əsl qəhrəmanlıq salnaməsi yazmışdır.
O, “Qaranquş” kəşfiyyat dəstəsinin heyətində düşmən arxasına keçərək çoxsaylı uğurlu əməliyyatlara və hərbi girovların azad edilməsinə rəhbərlik etmişdir. 1992-ci ilin avqustunda Laçın rayonunun Susuzdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə öz dəstəsini düşmən mühasirəsindən cəsarətlə çıxarmağı bacarmışdır.
Döyüş tapşırığını yerinə yetirib geri dönərkən silahdaşlarını xəbərdar etsə də, özü mina partlayışı nəticəsində ağır yaralanmış və qəhrəmancasına şəhid olmuşdur.
Göstərdiyi misilsiz şücaətə görə 1993-cü ildə ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Cəsur kəşfiyyatçı Aqil Məmmədovun əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayır və gənc nəsil üçün vətənpərvərlik nümunəsidir.
Qeyd edək ki, Milli Qəhrəman Aqil Məmmədovun məzarı QUBADLI rayonundadır.
Allah bütün Şəhidlərimizə Rəhmət eləsin.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir