“Məlik dovğası”

Cəmiyyət

Azərbaycanda elə sənətkarlar olub ki, vaxtilə bişirdikləri təamlara onların adları bir brend olaraq həkk olunub…belə sənətkarlardan biri də Salyanın “Bazar “ məhəlləsində yaşayan, bişirdiyinin dadı damaqlardan getməyən “dovğaçı Məlik” kişi olub.

Məlik kişi 1894-cü ildə Salyan şəhərində anadan olub..bir müddət ticarət idarəsində hesabdar işləyib.O , 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsinin iştirakçısı olub.Müharibədən sonra dovğa bişirib satmağa başlayıb..qısa vaxt ərzində onun dovğasının ləzzəti bütün Azərbaycanda məşhur olub….müştərilərə dovğadan da çox ləzzət verən isə Məlik kişinin öz müştərilərinə ..”gəl bala, gəl Məlik dooovğasına..” çağrışı olub..elə bu məşhur çağrış-deyim də “Məlik dovğası” qədər məşhur olub..şahidlər deyir ki, bəzən qışda yer-göy buz bağladığından dovğaya qatmağa tərə olmayanda Məlik kişi əvəzində adi kələmdən elə ustalıqla istifadə edərmiş ki, dadanlar doymazmış..xalq arasında onun barəsində xeyli maraqlı lətifələr də dolaşır:…deyirlər Salyandan 4 dost istirahət üçün yol alırlar Leninqrada. Orada necə olursa sərxoş halda hərbi şəhərciyin həyətində dava saldıqlarından düşürlər hərbi komendantlığa..zəhmli komendant bunların əməllərini sənədləşdirmək üçün başlayır şəxsən sorğu-sual etməyə..ilk sualı da bu olur ki, haralısız…cavab verirlər ki, Azərbaycan respublikasının Salyan rayonundan..komendantı elə bil tok vurur..deyir orada bazarın yanında bir kişi qışqıqraraq yemək satır, əgər onun qışqırtsını hər biriniz təkrarlasaz çıxın gedin, olmasa işiniz ağır olacaq..qardaşlar dərhal söhbətin dovğaçı Məlikdən getdiyini anlayıb sevinirlər, başlayırlar qışqırmağa: ..gəl bala,gə Məlik doovğasına…komendantı ağlamaq tutur..deyir gəncliyim yadıma düşdü, mən Çuxanlı kəndindəki hərbi hissədə qulluq etmişəm…bərk vurduqdan sonra gedib bazarın yanında Məlik dovğası içməyim yadıma düşdü..buraxıram sizi, gedin kefinizi çəkin..Məlik kişi 1987-ci ildə 93 yaşında dünyasını dəyişənə kimi dovğa bişirərək satıb..bu gün isə elə həmin məkanda onun sənətini nəvələri davam etdirir…”Məlik dovğa”sının dadı da öz yerindədir, amma artıq ..”gəl bala, gəl Məlik doovğasına .” çağıran yoxdur..
ALLAH Məlik kişinini timsalında bütün köhnə kşiləri rəhmət etsin!

MUASİRMEDİA.AZ
Emil Məmmədov.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir