Həzrət (ə.s) buyurdu: Qardaş qızıldır, Dost almaz.
Dedilər Ya Əmirəlmöminin
Siz nə üçün qardaşı ucuz, dostu isə daha qiymətli etdiniz?
Həzrət(ə.s) buyurdu: Əgər qızıl qırılsa, onu ikinci dəfə əridib həqiqi halına gətirmək mümkündür.
Amma əgər almaz qırılsa onu heç vaxt əvvəlki halına gətirmək mümkün deyil.
Nəticəm:
– qardaş qan bağın, dost isə can bağın olur.
Qardaşlıq bəzən sınsa da yenidən düzələ bilər, çünki kökü birdir. Amma həqiqi dostluq elə bir nemətdir ki, qırıldığı an onun yerini heç nə doldura bilməz. Ona görə də insan qardaşını qoruduğu kimi, dostunu da itirməmək üçün daha çox diqqət etməlidir.
Çünki bəzi qəlblər var ki, bir dəfə qırıldısa, artıq əvvəlki kimi olmur.
Qardaşlıq Allahın verdiyi bir bağdır, dostluq isə insanın seçdiyi bir imtahandır.
MUASİRMEDİA.AZ
