Arzusu ürəyində qalan ŞƏRƏFSİZ.

Dünya
Erməni separatizminin, Qarabağ avantürasının, Azərbaycan türklərinə qarşı sistemli terrorun ideoloqlarından və təşkilatçılarından biri olan bədnam yazıçı Zori Balayan 91 yaşında ölüb (dostlar “vəfat edib” sözünə haqlı etirazlarını bildirir).
Z.Balayan 80-ci illərin əvvəllərində yazdığı və tarixi təhriflərlə dolu olan “Ocaq” əsəri ilə ermənilər arasında məşhurlaşmışdı. O, mövzu ilə manipulyasiya edərək kitabda Qarabağın ermənilərə məxsusluğunu, həmçinin türklərin, o cümlədən azərbaycanlıların Rusiya düşməni olması barədə cəfəngiyyatlar uydurmuşdu.
Ölümü ilə bağlı Ermənistan mediasında onun fəaliyyətini “erməni xalqına xidmət” kimi qeyd edənlər də, bu fəaliyyəti zərərli sayıb tənqid edənlər də, hətta ona lənət yağdırıb “zdox” (gəbərib) və “cəhənnəmə vasil oldu” yazanlar da var.
Azərbaycanda isə Z.Balayan birmənalı olaraq hər iki xalqın düşməni, separatizmin qızışdırıcısı, terror dəstəkçisi və Xocalı qatillərindən biri kimi tanınır. O, yaddaşlarda və sosial şəbəkə yazılarında Xocalı soyqırımında azyaşlı azərbaycanlı uşağın dərisinin necə soyulmasını və ölümünü ləzzətlə seyr edib bu epizodu kitabına daxil edən qatil, arsız, qəddar və şərəfsiz bir iblis kimi nifrətlə xatırlanır…

Yaxşı ki Z.Balayan çox yaşayıb Ermənistana birləşdirmək istədiyi Qarabağın siyasi taleyini, qondarma “Artsax” mifinin puçluğunu, bu savaşda Azərbaycanın Zəfərini və faciələrinə səbəb olduğu Qarabağ ermənilərinin “miatsum”unun acınacaqlı sonunu gördü.

MUASİRMEDİA.AZ
QULU MEHERREMLİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir