Bu ölkədə 6 diplomlu vətəndaş işsizdir. Daha nə deyək ki… Sözün bitdiyi andı.
Şair, jurnalistəm. Ali təhsilliyəm. Jurnalistika fakültəsini bitirmişəm.
Bir neçə sahə üzrə təhsil almışam.
Ömrümün çox hissəsini təhsil almağa həsr etmişəm. Demək olar ki, ömrüm-günüm təhsil auditoriyalarında neçə-neçə müəllimlərdən dərs almaqla keçib.
Altı (6) diplom sahibiyəm.
Yenə də oxuyuram, bir neçə ildir ki, distant təhsil alıram. Bu ali məktbi bitirəndən sonra diplomumun sayı yeddi (7) olacaq.
Xəbər saytının rəhbəri olmuşam, qəzetdə baş redaktor kimi fəaliyyət göstərmişəm.
Neçə ildir müstəqil jurnalist kimi çalışıram. Qonorar və maaşım yoxdur.
Rəsmi qaydada işləmək istəyirəm.
Şair kimi Prezident mükafatçısıyam.
Azərbaycan Milli Mətbuatının 150 illiyilə bağlı jurnalist kimi ölkə Prezidentinin sərəncamı ilə təsis edilmiş yubiley medalına layiq görülmüşəm.
Televiziyada, radioda, Media Holdinqdə, yaxud hansısa xəbər saytında, hər hansı bir qurumun mətbuat xidmətində, və yaxud da ictimaiyyətlə əlaqələr şöbəsində çalışa bilərəm.
Həm də kitab redaktəsilə məşğul oluram.
Uzun illərdir Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüyəm.
Mənim ixtisasıma uyğun olan vakant iş yeri bilən olsa şəxsi mesaj qutusunda mənimlə əlaqə saxlasın, zəhmət olmasa.
MUASİRMEDİA.AZ
XATİRƏ ƏZİZ Rəhimli
Şair, jurnalist
