Aprelin 7-sində Cəlilabad rayon Maşlıq kənd sakini Əliyev Qəhrəman Yadigar oğlu Bakıda dəm qazından zəhərlənərək vəfat edib.
Qəhrəman Əliyev əvvəl ticarətlə məşğul olub. Son vaxtlar isə şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olub və Cəlilabaddan Bakıya sərnişin daşıyırmış.
1995-ci il təvəllüdlü Qəhrəman Əliyevin 3 övladı yadigar qalıb. Mərhumun nəşinin sabah kəndə gətirilərək dəfn ediləcəyi bildirilir.
MUASİRMEDİA.AZ
