“TÜRK DÖVLƏTLƏR TƏŞKİLATININ TURAN BİRLİYİNİN” Yazıçılar İttifaqının Sədri, Türk Dövlətlər Təşkilatının Turan Birliyinin Mətbuat Katibi, AZƏRBAYCAN TÜRK – Dünyası Şəhid Ailələri və Qaziləri İctimai Birliyi Respublika üzrə Mətbuat Katibi və Yazıçılar Birliyinin Sədri. “GLOBAL YARDIMLAŞMA VE DAYANIŞMA İNSANI YARDIM FEDERASYONU” Azerbaycan Ülkesinin Temsilcisi ve Başkanı
–XALQIN İÇİNDƏN DOĞAN GÜNƏŞ – “İCTİMAİ NƏZARƏT BİRLİYİNİN” RƏHBƏRİ TƏYYAR MAHMUD OĞLU ZÜLFÜQAROVUN ŞƏRƏFLİ ÖMÜR SƏHİFƏLƏRİ
Azərbaycan Respublikasının müstəqilliyini və suverenliyini bərpa olunması istiqamətində mühüm əhəmiyyət kəsb edən vətənpərvər ruhda missiyasını davam etdirməkdə vətəninə tükənməz sevgisini yaşadan, dünya arenasında təmsil edən, Rufullayeva Fəridə Şükür qızının söylədiyi nitqdən:
-“Zülfüqarov Təyyar Mahmud oğlu həmişə vətəninə, xalqına və dövlətinə dərin sevgi ilə bağlı olmuş bir insan kimi tanınır. Onun həyat yolu göstərir ki, öz xidmətini yalnız peşəkar fəaliyyətində deyil, həm də vətənpərvərliyi ilə də yüksəldib. Bakı Bədən Tərbiyəsi Texnikomunda aldığı təhsil və Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirməsi onun millətinə sağlam bədən və ruhi güc bəxş etmək arzusu ilə bağlı olub. Təyyar müəllim, eləcə də Beynəlxalq Münasibətlər və Hüquq Sahəsində Minsk Dövlət Universitetində aldığı təhsil ilə, vətəninin hüquqlarını qorumağa, onun inkişafına öz töhfəsini verməyə çalışdı.
Cəlilabadda müəllim, dövlət qulluqçusu və hüquq müdafiəçisi kimi fəaliyyət göstərən Təyyar müəllim, vətənə bağlılığını işində də göstərdi. O, həmçinin Antiinhisar siyasəti və Sahibkarlığa Kömək Komitəsində rəhbər vəzifələrdə çalışaraq, ölkəsinin iqtisadi inkişafına dəstək verdi. Hüquqların qorunması və ictimai nəzarət sahəsində fəaliyyət göstərməsi onun dövlətinə olan sədaqətinin nümunəsidir.
Təyyar Mahmud oğlu, vətən üçün çalışmaq, xalqının rifahı üçün mübarizə aparmaq və dövlətin qanunlarının gücləndirilməsi yolunda misilsiz xidmət göstərmişdir. Hal-hazırda təqaüddə olsa da, İctimai Nəzarət Birliyinin sədri kimi fəaliyyətini davam etdirərək, millətinə olan bağlılığını hər zaman nümayiş etdirir. Onun həyatı və fəaliyyəti hər bir Azərbaycan vətəndaşına örnəkdir və vətən sevgisinin nə qədər dərin və sarsılmaz olduğunu göstərir.
Hərçənd ki, bu gün o, təqaüdçüdür, lakin istirahət etmək əvəzinə, ictimai fəaliyyətə daha da fəal qoşularaq, öz təcrübə və enerjisini xalqın xidmətinə sərf edir. Rəhbərlik etdiyi “Könüllü İctimai Nəzarətçilər İctimai Birliyi” artıq 35 ( otuz beş )rayon və şəhərdə fəaliyyət göstərir. Burada, könüllülər ölkənin müxtəlif bölgələrində sosial nəzarət və maarifləndirmə fəaliyyətləri həyata keçirirlər. Bu, sadəcə təşkilatçılıq deyil, vətəndaş məsuliyyətinin bariz nümunəsidir.
Təyyar Zülfüqarov həm ailə başçısı, həm də cəmiyyət üçün nümunə olan ziyalıdır. İki övladı və iki nəvəsi olan bu insan, ailədə olduğu kimi, ictimai həyatda da daim sevgi, hörmət və etibar qazanmışdır.
Onun rəhbərliyi ilə həyata keçirilən fəaliyyətlər, birliyin məqsədləri və ideyaları xalqla dövlət arasında körpü rolunu oynayır. Sosial ədalətin qorunması, ictimai problemlərə operativ reaksiya verilməsi, vətəndaşların səsi olmaq missiyasını bu birlik yüksək səviyyədə daşıyır.
Təyyar müəllimin şəxsiyyəti bir daha sübut edir ki, vətənə xidmət yalnız vəzifə ilə deyil, ürəklə də olur. O, könüllü olmağın nə demək olduğunu əməlləri ilə göstərir. Sakit, təvazökar, lakin bir o qədər də güclü iradə ilə.
Zülfüqarov Təyyar Mahmud oğlu 29.09.1958-ci ildə Cəlilabad şəhərində anadan olub. Sonradan Bakı şəhərinə köç edərək Lökbatanda 106 saylı məktəbdə təhsilini davam edib, 1975-çi ildə həmin məktəbi müvəffəqiyyətlərlə bitirmişdir. Ailəlidir. İki övladı və iki nəvəsi var.
“İCTİMAİ NƏZARƏT BİRLİYİNİN” RƏHBƏRİ – Zülfüqarov Təyyar Mahmud oğlu Azərbaycan cəmiyyətində yüksək hörmət qazanan, uzun illər dövlətə, xalqa və Vətənə sədaqətlə xidmət etmiş ziyalılardandır. O, hal-hazırda təqaüddə olsa da, ictimai fəaliyyətini fəal şəkildə davam etdirir. “İctimai Nəzarət Birliyi”nin sədri kimi ölkə üzrə könüllü üzvlərlə birlikdə fəaliyyət göstərir, vətəndaşların səsini aidiyyəti orqanlara çatdırmaqda, ədalətin bərqərar olmasında, ictimai maraqların qorunmasında mühüm rol oynayır.
Zülfüqarov Təyyar Mahmud oğlu hər zaman şəhid ailələrinin, qazilərin, aztəminatlı və köməksiz insanların yanında olmuş, onların sosial qayğılarının azaldılmasına yönəlik saysız-hesabsız təşəbbüslər irəli sürmüşdür. Onun fəaliyyəti vətəndaş həmrəyliyini gücləndirmək, Prezidentimizin ətrafında sıx birləşən xalqımızın birliyini və dövlətə olan inamını artırmaq məqsədi daşıyır.
Bu gün də o, sadə vətəndaşdan tutmuş, ali dövlət maraqlarına qədər hər sahədə ədalətə, şəffaflığa və Vətənə xidmətə sadiq qalan əsl vətəndaş, örnək ziyalı olaraq tanınır.
Zülfüqarov Təyyar Mahmud oğlu
(1975-1977) illərdə Bakı Bədən Tərbiyəsi Texnikominda təhsil almış, (1977-1978) illərdə Cəlilabad rayon Suluçeşmə kənd 8 illik məktəbdə müəllim vəzifəsində çalışıb. (1978-1980) illərdə könüllü olaraq hərbi xidmətə yollanıb. Sov. KP NİN üzvü olub. (1980-1993) illərdə Cəlilabad 36 saylı peşə məktəbində çalışıb. (1985-1990) illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirib, eyni zamanda Belarusiya Respublikasının Minsk Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsini bitirib, hal-hazırda fəaliyyət göstərir. (1993-1998) illərə qədər Cəlilabad Rayon İcra Hakimiyyətində çalışıb.
1998-çi ildən Antiinhisar siyasəti və Sahibkarlığa Kömək Komitəsinin Cəlilabad Regional Təşkilatının direktor vəzifəsinə çalışıb və eyni zamanda Məhkəmə Prossesində Sahibkarların Hüquqlarının qorunmasını yaradıcısı olub. 2006-çı ildən Hüquq Müdafiəçisi kimi fəaliyyət göstərib. Hal-hazırda təqaüddə olsa da “İCTİMAİ NƏZARƏT BİRLİYİNİN” Sədri kimi fəaliyyət göstərir.
Mən də öz növbəmdə Rufullayeva Fəridə Şükür qızı, Təxəllüsüm: Fəridə Səxavətli “102xeber.com” Xəbərlər Portalının Baş Direktor müavini, “Millimeclisxeber.az” informasiya portalı Təsisçi – Baş Redaktor, “Dostluq Məşəli” İctimai siyasi-hüquq qəzeti Şöbə Müdiri, “Dostluq Məşəli” Qəzeti Məhdud Məsuliyyətli Cəmiyyətin Əlillər Təşkilatının Rəhbəri, “OBZOR QORODA” Kanalın Direktoru və Ssenaristi olaraq, təqdim etdiyim məlumatlara əsasən, “Könüllü İctimai Nəzarətçi İctimai Birliyinin” rəhbəri Təyyar Mahmudoğlu Zülfüqarov haqqında geniş, bədii tərzdə nəsr formasında təqdimatı “Xalqın içindən doğan “GÜNƏŞ” – Təyyar Zülfüqarovun şərəfli ömür səhifələrini dünya arenasında tanıtmaqdır.
Azərbaycan cəmiyyətində vətəndaş həmrəyliyi, ictimai nəzarət və könüllülük prinsiplərini öz həyat amalına çevirən bir insan varsa, bu, şübhəsiz ki, “Könüllü İctimai Nəzarətçilər İctimai Birliyinin” rəhbəri, hörmətli Təyyar Mahmudoğlu Zülfüqarovdur.
Zülfüqarov Təyyar Mahmud oğlu Uşaqlıq illərini Vətənə bağlılıq və ailə dəyərləri içində keçirən Təyyar müəllim sonradan Bakı şəhərinə köçərək Lökbatan qəsəbəsində 106 saylı məktəbdə təhsilini davam etdirib. 1975-ci ildə məktəbi müvəffəqiyyətlə başa vuraraq həyatın müxtəlif mərhələlərində səmərəli fəaliyyət göstərmişdir. Təşkilatçı, adətən, hər bir uğurlu işin arxasında duran görünməz qəhrəmandır. O, hər detalı diqqətlə planlayır, hər addımı öncədən hesablayır və bütün prosesin problemsiz getməsi üçün yorulmadan çalışır.
Məsuliyyətini dərindən dərk edən təşkilatçı, ətrafındakılarla düzgün əlaqə quraraq, onları bir məqsəd ətrafında birləşdirir. O, təkcə işi bölüşdürməklə kifayətlənmir, həm də hər kəsin bacarığını nəzərə alaraq, komandanın ən yaxşı nəticəyə nail olması üçün şərait yaradır.
Hər bir tədbirin uğurla baş tutması üçün saatlarla planlama aparan, yaranan çətinliklərə çevik və yaradıcı həllər tapmağı bacaran bu şəxs, həm də insanlarla mehriban və açıq ünsiyyət qurmağı önəm verir. Onun liderliyi və əzmkarlığı sayəsində, təşkil edilən hər layihə yadda qalan, effektli və faydalı olur. Belə təşkilatçıların varlığı, istənilən cəmiyyətin, qurumun və ya kollektivin inkişafında vacib rol oynayır. O, həm işin gedişatını, həm də nəticəsini öz üzərinə götürərək, böyük məsuliyyəti şərəflə daşıyır.
Zülfüqarov Təyyar Mahmud oğlunun həyat yolu bir nümunədir, təhsilə, dövlətə, hüquqa və ədalətə xidmət edən bir ömür nümunəsi. O, yaşadığı hər dövrdə xalqın içində olub, xalq üçün çalışıb və bu gün də həmin yolun davamçısıdır.
“TÜRK DÖVLƏTLƏR TƏŞKİLATININ TURAN BİRLİYİNİN” Yazıçılar İttifaqının Sədri, Türk Dövlətlər Təşkilatının Turan Birliyinin Mətbuat Katibi, AZƏRBAYCAN TÜRK – Dünyası Şəhid Ailələri və Qaziləri İctimai Birliyi Respublika üzrə Mətbuat Katibi və Yazıçılar Birliyinin Sədri. “GLOBAL YARDIMLAŞMA VE DAYANIŞMA İNSANI YARDIM FEDERASYONU” Azerbaycan Ülkesinin Temsilcisi ve Başkanı olduğumdan şərəf duyuram.
Xalqın xidmətində ömür boyu bir ömür yaşayan Zülfüqarov Təyyar Mahmud oğlu sadəcə bir ad deyil, illərini xalqın maariflənməsinə, dövlətçiliyin möhkəmlənməsinə, sahibkarlığın inkişafına və hüququn aliliyinə həsr etmiş bir ziyalının, vətənpərvər insanın həyat yoludur.
Təyyar Mahmud oğlu (1975-1977) illərdə Bakı Bədən Tərbiyəsi Texnikumunda təhsil alaraq müəllimlik peşəsinin məsuliyyətini və şərəfini öz öhdəsinə götürməsi, zlə bu düşüncə ilə də (1977-1978) illərdə Cəlilabad rayonunun Suluçeşmə kəndində müəllim kimi çalışaraq, cəmiyyətin formalaşmasında təhsilin nə qədər mühüm olduğunu göstərdi.
1978-ci ildə könüllü olaraq hərbi xidmətə yollanması onun vətənə olan sevgisinin və borc anlayışının bir göstəricisi idi. O, Sovet Kommunist Partiyasının üzvü kimi daim ictimai-siyasi proseslərdə aktiv olub, öz mövqeyi ilə seçilməsi, (1980-1993) illər ərzində Cəlilabad Peşə Məktəbində pedaqoji fəaliyyətini davam etdirən Təyyar müəllim, eyni zamanda elmi-tədris yolunu da davam etdirmiş və (1985-1990) illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Bununla kifayətlənməyərək, Belarusiya Respublikasının Minsk Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Hüquq fakültəsini də müvəffəqiyyətlə başa vurmuşdur.
(1993-1998) illər arasında Cəlilabad Rayon İcra Hakimiyyətində çalışan Təyyar müəllim dövlət idarəçiliyində də özünü doğrultmuş, 1998-ci ildən etibarən Antiinhisar siyasəti və Sahibkarlığa Kömək Komitəsinin Cəlilabad Regional Təşkilatının direktoru olaraq sahibkarların hüquqlarının qorunması istiqamətində mühüm işlər görmüş, məhkəmə proseslərində sahibkarların müdafiəsini təşkil edən ilk təşəbbüslərdən birinin müəllifi olmuşdur.
2006-cı ildən etibarən isə Hüquq Müdafiəçisi kimi fəaliyyəti ilə cəmiyyətin səsini eşitdirən, vətəndaşların hüquqlarını qoruyan bir simaya çevrilmiş, hal-hazırda təqaüddə olmasına baxmayaraq, “İctimai Nəzarət Birliyi”nin sədri kimi aktiv ictimai fəaliyyətini davam etdirir.
Qazilərə qayğı və diqqət göstərilməsi onun üçün ən önəmli məsələdir. Onların sosial müdafiəsi, sağlamlıq problemlərinin həlli üçün çalışır, hər zaman onların yanında olduğunu hiss etdirir. Prezident İlham Əliyevin siyasətini və ölkəmizin inkişaf yolunu səmimi qəlbdən dəstəkləyən Təyyar Mahmud oğlu dövlətin güclənməsi və xalqın rifahı üçün yorulmaz fəaliyyət göstərir. O, ictimai həyatın fəal iştirakçısı, hüquq müdafiəçisi və nümunəvi vətəndaş kimi hörmət qazanmışdır. Şəhid ailələri, qazilər və aztəminatlı insanlar onun əməllərini hər zaman yüksək qiymətləndirir və ona dərin minnətdarlıq hissi ilə yanaşırlar.
Zülfüqarov Təyyar Mahmud oğlu öz həyatını və fəaliyyətini vətənə, xalqa, dövlətə xidmətə həsr etmiş nümunəvi şəxsiyyətlərdəndir. O, hər zaman Şəhid ailələrinin yanındadır, onların problemlərinin həllinə xüsusi diqqət ayırır. Həmçinin aztəminatlı ailələrə dəstək olmaqla, onların rifahının yaxşılaşdırılması üçün böyük səylər göstərir.
Hörmətli və dəyərli Zülfüqarov Təyyar Mahmud oğlu Vətən Qarşısında Xidmətləriniz Unudulmazdır.
MUASİRMEDİA.AZ
