Bu köynəklərdə artıq qurğuşun aşkarlanması olub.

Baş səhifə Dünya

Türkiyənin Təhlükəsiz Məhsul Məlumat Sistemində (GÜBİS) dərc edilən elanda Ticarət Nazirliyi bir markaya məxsus köynəyin satışına qadağa edildiyi bildirilib.
Türk mediasına istinadən xəbər verir ki, vətəndaşlara “Caizen” markalı mavi kişi köynəyini almaq qadağan edilib.

Buna səbəb məhsulun tərkibində həddindən artıq qurğuşun aşkarlanması olub. Bu köynəklərin satışdan qaldırılması barədə qərar qəbul edilib.

Məhsulun kimyəvi risk daşıdığını açıqlayan nazirlik qərarın 7223 saylı “Kimyəvi Maddələrin Qeydiyyatı, Qiymətləndirilməsi, İcazəsi və Məhdudiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq verildiyini açıqlayıb.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir