Bu gün şəhid Əkbər Quliyevin anım tədbirində iştirak etdik. Azərbaycan Ordusunun kiçik çavuşu Əkbər Quliyev 2020-ci il sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması məqsədilə həyata keçirilən Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmiş və sentyabrın 27-də qəhrəmancasına şəhid olmuşdur. Uzun müddətdən sonra nəşi tapılan şəhidimiz, 2021-ci il fevralın 16-da II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Vətən müharibəsində göstərdiyi igidliyinə və şücaətinə görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Allah şəhidlərimizə rəhmət eləsin.





MUASİRMEDİA.AZ