Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz xanım və İdris Axundzadənin həyat yoldaşı Fəramuş xanım

Tarix
Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz xanım və İdris Axundzadənin həyat yoldaşı Fəramuş xanım.
Turan Cavid müsahibələrinin birində “Evinizin məhrəm adamları, Cavid əfəndinin dostları kimlərdir?” sualına belə cavab vermişdi:
– Əhməd Cavad, Müşfiq, Seyid Hüseyn, İdris Axundzadə, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə… bizə tez-tez gə­lərdilər. Söhbət edərdilər və nərd oynayardılar… Cavid nərd oynamağı xoşlardı. Əhməd Cavadla oynayanda isə xüsusi səs-küy olurdu. İdris Əfəndiynən də elə. Seyid Hüseyn isə daha təmkinliydi. Cavid, Cavad və Müşfiq eyni gündə həbs edildilər. Əhməd Cavad uca boylu adamdı. Öz dairələrində bütün məclisləri Əhməd Cavad idarə edirdi. O zaman bütün ölçü hisləri qorunurdu. Yemək zamanı süfrədə içki də olar­dı, amma içki də, sağlıqlar da dərəcəsindəydi.”
Tarixi fotonu bizimlə bölüşdüyü üçün Hüseyn Cavidin Ev Muzeyinə təşəkkür edirik!

MM.AZ
MƏCİD RƏŞADƏTOĞLU

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir