Dərdimin dərmanı səndədir həkim

Cəmiyyət
Doktor Əlixeybər Axundovla həsbi-hal.
Dərindən hiss edən,düşünən,zövq alan, fəaliyyətdə olan insan kamil varlıqdır. Doktor Əlixeybər Axundov kimi şəxslərlə təmasda olanlar onu arif-kamil adam kimi tanıyır,qəbul edirlər. Əlixeybər həkim xəstələrlə təmas qurarkən ruhi yüksəkliyə qalxmağı,idrakının ziyası ilə xəstənin daxili aləmini işıqlandırmağı bacarır. Bundan sonra mühakimə yürüdür,diaqnoz qoyur. Şəfaya can atan xəstəyə yaşamağın gözəlliyi təlqin edilir. Elm adamlarında belə qənaət var ki,bizi əhatə eləyən mühit gözə görünməz canlılar və sirrli qüvvələrlə doludur. Yəni bizim görmə və eşitmə qabiliyyətimiz onları görməyə eşitməyə imkan vermir. Qeyibdən gələn səs barədə çox eşitmişik və bunun doğruluğuna o qədər də əhəmiyyət verməmişik. Bəlkə də elə maraq orasındadır ki, varlığın çox sirlərinə vaqif olub anlaya bilmirik. Mənə belə gəlir ki, Əlixeybər həkimdə bu halda bir fərqlilik var. Buna müəyyən mənada böyük Yaradanın lütfü kimi də baxmaq olar. Amma gəlin fikirləşək və qəbul edək ki,anladığımız həmin “gözəgörünməz” dünyaya vurğunuq,sirrli duyğularla bağlıyıq. Təmiz,halal anılarımızda o aləmi,o sirri daha çox və yaxında duyuruq. Qəribçilik çəkəndə,darıxdırıcı tənha vaxtlarımızda nagahanı səsləri azmı eşitmişik və demişik qeyibdən səs eşitdim. Bizi heyrətə salan o səs doktorumuzun içindədir. Onun fikrincə insan yalnız nəfəs alıb yaşadıqda qiymətli sayılır, müqəddəs məxluq hesab edilir, əzizlənir və bir-birindən fərqlənir. Elə ki,ürək dayandı və nəfəs kəsildi onu dərhal basdırmağa tələsirik. Bəli,insan qiymətlidir yalnız nəfəs aldığı,yaşadığı, fəaliyyətdə olduğu, danışıb-güldüyü,sevinib-kədərləndiyi və başqa ona xas hissləri,duyğuları,əməlləri ilə. Mən Əlixeybər həkimi tanıyandan bəri,onu necə duyğusal,həssas fenomenal şəxs olduğunu, qeyri-adi istedad sahibi,xəstələrə necə həssaslıqla yanaşmasının şahidi olmuşam. Onunla tanış olanlar deyirlər ki,qabaqda inamımız,arxada dayağımızdır Əlixeybər həkim. Bir anlıq təsəvvür edin ki,hər bir xəstə üçün ən tutarlı dayaq onun inamıdır. Bunu mən rəmzi mənada demirəm. Xəstə onu müalicə edən həkimə inanmalı,ruhən bağlanmalıdır. Əks halda edilən müalicələrin heç bir effekt olmaz.
Doğrusu daim şəxsiyyətinə hörmət bəslədiyim bu adam gözümdə,nəzərimdə gündən günə yüksəlir. Başqa cür ola bilməz! Çünki, bu adam öz bəşəri məramı ilə həmişə xeyirxahlığa bağlıdır. Lakin nə qədər acı da olsa dargözlər,sözbazlar,hələ də aramızda var. Belələrinin Əlixeybər həkimi görməyə gözü olmadığı kimi,onun da belə dar gözlüləri görməyə gözü yoxdur. Hə doktor,bəzən mənə elə gəlir ki,biz hamımız yalan ümidlərin əlindən tutmuşuq. Daim nə isə gözləyirik və eləcə gözləyə-gözləyə qocalırıq. Bəzən adilik,eynilik yorur bizi. Sirlərlə dolu bu kainatdan cana doyuruq bezirik. Amma ümidlə yaşayırıq. Yaxşı ki, ərazimizdə, regionumuzda sənin
kimi, öz peşəsinə dəlicəsinə sevən,yaşadan bir həkim var. Fəxrlə deyirəm. Bu böyük Yaradanın bizə bəxşişidir. Allahımıza gündə min dəfə şükür edək ki,belə şəxsiyyətli həkimi bizə bəxş edib.
Tənhalıq mənim ən böyük kədərimdir. O məni ağuşuna alanda doktorun bir zəngi məni göyün yeddinci qatınına yüksəldir. Başlayır ağrılarım gilə-gilə əriməyə.
“Kədər düşüncədir,qəm düşüncədir.
Qəmin pəncəsində düşünürük biz
Fikirlər fikrimdə
qönçə-qönçədir.
Məchula bir yoldur hər düşüncəmiiz”
Düşüncə, fikrin açarı….
Ağıl xəzinəsinin əttarı.. qatar-qatar məchula doğru yol alan könül havasının qəlb rahatlığı.
Hörmətli həkim qardaşım,bizim ictimai mühitdə uzun illərdən bəri kök salmış yanlış bir adət var. Adamlara yaxşı əməlinə görə xoş söz deməkdən çəkinirlər. Mən vəzifəli və pullu adamları nəzərdə tutmuram. Onlar oldu-olmadı,daim tərif obyekti olublar,həm də parıltılı epitetləri eşidəndə “bəsdir” deməyiblər,yersiz tərifin əslində təhqir olunduğunu dərk etmək səviyyələri çatmadığı üçün onu məlhəm kimi qəbul ediblər. Elə buna görə də bu sətirləri yazdığım anda yazı çap olunmasına pəl vurmayasan deyə yazını səndən gizli saxlamaq niyyətindəyəm.
Əlixeybər həkim,kim iddia edə bilər ki,mehri-ülfətin səfası həkim dərmanının təsirindən gücsüzdür? Heç kim. Səninlə ünsiyyət göstərir ki,həqiqi dostluq mütəqabil adama dərin məhəbbətin təmənnasız hədiyyəsidir. Səninlə ünsiyyətə,yaxınlığa nail olan hər kəsi ,bu təmas yüksəldir,nəcibləşdirir. Dostum İlham Surxay oğlu deyir ki, Əlixeybər həkimin dostluğu onun fərdi qənaətlərindən çox,bir insan kimi ictimai şəxs olmasındadır. Adam belə dostluğa,ünsiyyətə qaçılmaz ehtiyac kimi baxır. Çünki, ünsiyyət adama sadəliyi ,xeyirxahlığın,nəcabətin “sirrini”öyrədir.
31 Mayıs 2025.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir