Əməliyyat: 60 kiloqram narkotik dövriyyədən çıxarıldı, 5 nəfər həbs edildi

Hadisə
DİN əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizəni davam etdirir.
 Əməliyyat Sabunçu, Yasamal və Yevlax rayonlarını əhatə edib.
Əvvəllər məhkum olunmuş 59 yaşlı Şəhla Kərimova və onunla əlbir olan 4 nəfər – Əbəlfəz Şərifov (31 yaş), Babək Talıbov (37 yaş), Eyvaz Məmmədov (29 yaş), Çingiz İsmayılov (43 yaş) saxlanılıb.
Onlardan 60 kiloqrama yaxın zərərli tərkibli marixuana, elektron tərəzilər və bank kartları aşkarlanıb. Şübhəli şəxslər narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından əldə etdiklərini və maddi qazanc qarşılığında satış niyyətində olduqlarını etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmə qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir