İKİ DÖVLƏT QƏZETİ BİRLƏŞİB

ölkə

“Respublika” qəzeti avqustun 18-dən fəaliyyətini dayandırıb.

Fəaliyyətinə xitam verilən “Respublika” qəzetinin kollektivi bu həftədən “Xalq” qəzetinin redaksiyasına köçüb: “Mən burada baş redaktorun birinci müavini kimi çalışıram. İşçilərimizin əksəriyyəti artıq “Xalq” qəzetinin əməkdaşıdır. Yalnız bir neçə nəfər könüllü şəkildə işdən ayrılıb”.

Keçmiş baş redaktor “Respublika”nın bütün əməkdaşlarının müxtəlif qurumlarda işlə təmin olunduğunu əlavə edib: “Bu həftədən hamı öz yeni iş yerindədir”.

Nəzərinizə çatdıraq ki, “Respublika” qəzeti 1990-cı ildə Nazirlər Kabinetinin mətbuat orqanı kimi təsis olunmuşdu. 1996-cı il martın 20-dən qəzetin təsisçiləri Prezidentin İşlər İdarəsi və redaksiya kollektivi idi.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il iyulun 7-də “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşdirilməsi barədə fərman imzalayıb.

Qeyd edək ki, “Xalq” qəzetinin baş redaktoru Əflatun Amaşovdur.

MM.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir