Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Daşqın Əhmədov saxlanılıb.
Ondan 44 ədəd şüşə qabda qablaşdırılmış, 3 kiloqrama yaxın marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
	MM.AZ
YAQUB MEHDİ OĞLU

 
			 
						 
						