1904-cü il… Daş küçələri, mehmanxanaları, kilsələri, məscidləri ilə Mardin zamana meydan oxuyan bir şəhərdir. Dar küçələrdə əks-səda verən müxtəlif dillər bu yerin min illər boyu bir çox mədəniyyətə ev sahibliyi etdiyini söyləyir.
O zamanlar xüsusilə Mardin və Midyat ətrafında çoxlu suriyalılar yaşayırdılar. Onlar tacir, əkinçi və sənətkar idilər. Bir çoxları gümüşçülük, dəri ticarəti və daş hörmə ustaları idi. Onların kilsələri və monastırları həm ibadət, həm də təhsilin mühüm mərkəzləri idi. Onlar evlərində arameycə danışır və kilsədə öz qədim dillərində dua edirdilər.
İndi qarşımızdakı bu fotoşəkilə baxdığımızda gördüyümüz insanlar bəlkə də nənə, ana və azyaşlı uşaq, bəlkə də ana və onun iki qızıdır… Fotoşəkil çəkdirəndə kim bilir nə düşünürdülər? Ola bilsin ki, gələcək nəsillərə bir xatirə buraxmaq istəyirdilər.
1904-cü il, müxtəlif mədəniyyətlərin bir-birinə qarışdığı, həyatın daş evlərin kölgəsində, taxta qapılar arxasında yavaş-yavaş axdığı bir dövr…
Bu foto o günlərdən günümüzə səssiz şahiddir. Bir ailənin, bir dövrün, bir şəhərin hekayəsini pıçıldayan köhnə xatirə.
MUASİRMEDİA.AZ
TƏRCÜMƏ EDEN GÜLƏR AMİN
