Qar yağması səbəbindən Göygöl-Toğanalı-Kəlbəcər yolunun rayonun ərazisindən keçən hissəsində avtomobillərin hərəkətində çətinliklər yaranıb. Yolun qarlı olması səbəbindən avtomobillər hərəkət edə bilmir. Hazırda ərazidə hərəkət qismən dayanıb.
Qeyd edək ki, qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur.
Göygöl rayonunda axşam saatlarından etibarən yağan yağış qara çevrilib.
Güclü qar səbəbindən Göygöl–Toğanalı–Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Hazırda yolda hərəkət qismən təmin olunur, lakin bəzi avtomobillər yolda qalıb. Qar yağması davam edir.
MUASİRMEDİA.AZ




