BOYASI GETMİR-Şərafəddin İlkin

ƏDƏBİYYAT
BOYASI GETMİR
Yadindamı o təsadüf, necəki
Könül açıb, qəlbimizi boşaltdıq?
Ötəri həvəsmiş o eşq, o sevgi,
Bilə-bilə özümüzü aldatdıq.
Yatmış bir sevgini necə oyadım?
Salıb qəlbimizə öz izlərini.
Sənə xoş gəlməkçün mən söz boyadım,
Mənə xoş gəlməkçün sən gözlərini.
Çıxmışam rəsmiyyət çərçivəsindən,
Təpədən dırnağa özüməm indi.
Düşmüşəm boyalı söz həvəsindən,
Özüm öz nəgməməm, sözüməm indi.
… Xəyalın arada qanqal tək bitib,
Xatirə yaşayır, xatirə itmir.
Mənim sözlərimin boyası gedib,
Sənin gözlərinin boyası getmir.
(Birinci kitabımdan… yadıma düşdü nəsə…)
Fotoğraf açıklaması yok.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir