Bəzən cəmiyyət həqiqəti dinləmək əvəzinə səs-küyə daha çox üstünlük verir.
Sözün mənası yox, tonu, fikrin mahiyyəti yox, kim tərəfindən deyildiyi müzakirə mövzusuna çevrilir. Emosiyalar ağlı üstələyəndə isə həqiqət təhrif olunur, xəbərdarlıq hücum kimi təqdim edilir, məsuliyyətli çağırışlar müzakirə predmetinə çevrilir. Son günlər jurnalist Səidə Bəkirqızının ətrafında yaradılan süni qalmaqal da məhz bu acı reallığın növbəti təzahürüdür. Jurnalist Səidə Bəkirqızının səsləndirdiyi fikirlər ətrafında süni şəkildə yaradılan qalmaqal cəmiyyətdə qərəzli müzakirələrə yol açıb. Onun çıxışları məqsədli şəkildə kontekstdən çıxarılaraq, xüsusilə həssas mövzular üzərindən manipulyasiya edilir və ictimai rəy yanlış istiqamətə yönləndirilməyə çalışılır. İlk növbədə qəti şəkildə qeyd edilməlidir ki, Səidə Bəkirqızı şəhid analarına qarşı hər hansı hörmətsizlik etməyib. Əksinə, onun səsləndirdiyi fikirlər şəhidlərin müqəddəs ruhuna hörmətin qorunmasına, emosional və düşünülməmiş çağırışların yeni faciələrə yol aça biləcəyinə diqqət çəkmək məqsədi daşıyıb. “Basdırılmış mina partlayanda üstünə basılan ayağın kimə aid olduğunu bilmir” ifadəsi konkret bir şəxsi və ya sosial qrupu hədəfə almaq deyil, müharibədən sonrakı dövrdə təhlükəsizlik risklərinin ciddiliyini vurğulayan açıq və birmənalı xəbərdarlıqdır. Məcburi köçkünlərlə bağlı səsləndirilən fikirlər də qəsdən təhrif olunur. Səidə Bəkirqızının “torpağıma sürünə-sürünə gedərəm” deyən bəzi şəxslərin bu gün evlərini kirayə verməsi ilə bağlı dedikləri bütün məcburi köçkünlərə yönəlmiş ümumiləşdirici yanaşma deyil. Bu, cəmiyyətdə müşahidə olunan ziddiyyətli davranışlara diqqət çəkmək və emosional ritorika ilə real həyat davranışları arasındakı fərqi göstərmək məqsədi daşıyır. Reallığı ifadə etmək təhqir deyil və nifaq salmaq anlamına gəlmir. Unudulmamalıdır ki, işğaldan azad edilmiş ərazilərə qayıdış prosesi fərdi çağırışlarla deyil, Azərbaycan dövlətinin nəzarətində, mərhələli və təhlükəsiz şəkildə həyata keçirilən rəsmi proqram çərçivəsində icra olunur. Bu gün jurnalistin borcu insanları emosiyalarla deyil, məhz bu reallıqla üz-üzə qoymaqdır. Jurnalistika hər kəsə xoş gələn fikirlər səsləndirmək deyil, bəzən narahat edən, amma doğru olan həqiqətləri demək məsuliyyətidir. Bütün bu süni hücumların və səs-küyün Səidə Bəkirqızının Rəqsanə ilə yaşadığı açıq mübahisənin fonunda baş verməsi isə qətiyyən təsadüfi deyil. Rəqsanənin mövqeyini arqumentlərlə müdafiə edə bilməyənlər əsas mövzudan yayınaraq, illər əvvəl deyilmiş sözləri, kontekstdən çıxarılmış fikirləri gündəmə daşıyır, sözün əsl mənasında “köhnə palan içini tökürlər”. Bu yanaşma nə etikdir, nə də sağlam ictimai müzakirə nümunəsi. Məsələyə münasibət bildirənlər arasında Akif Nağı adlı birinin davranışı isə xüsusilə təəssüf doğurur. Onun Səidə Bəkirqızı haqqında açıq şəkildə təhqiramiz “qa…cıq” ifadəsindən istifadə etməsi, üstəlik “TikTok” platformasında canlı yayım açaraq etinasız və məsuliyyətsiz tonda danışması nə yaşına, nə də cəmiyyət qarşısında iddia edilən “ağsaqqal” statusuna yaraşır. İctimai mövqeyi olan şəxslərdən gözlənilən təmkin, etik dil və nümunəvi davranışdır. Təhqir və küçə leksikonu isə arqumentsizliyin, mədəni müzakirə qabiliyyətinin olmadığının açıq göstəricisidir. Bu cür yanaşma nə cəmiyyət tərəfindən qəbul edilə bilər, nə də sağlam ictimai dialoqa xidmət edir. Əgər Səidə Bəkirqızının fikirlərində yanlışlıq varsa, buna cavab arqumentlə, faktla və məntiqlə verilməlidir. Mövzuya cavab vermək əvəzinə şəxsi hədəfə çevirmə kampaniyası aparmaq zəif mövqenin açıq göstəricisidir. Bu gün baş verənlər fikir mübahisəsi deyil, fərqli düşünən bir şəxsi susdurmaq cəhdidir. Təəssüf ki, sosial şəbəkə dövründə hər tənqidi fikir “hörmətsizlik”, hər rasional yanaşma isə “təxribat” kimi təqdim olunur. Bu isə cəmiyyətdə sağlam dialoqu boğur. Səidə Bəkirqızının mövqeyi insanları qarşı-qarşıya qoymaq yox, emosiyalarla deyil, ağılla düşünməyə çağırmaqdır. Sonda bir həqiqəti qəbul etməliyik: jurnalistika nifaq salmaq yox, aydınlatmaq missiyası daşımalıdır. Bu missiyanı yerinə yetirənləri tənqid etmək yox, dediklərinin mahiyyətini müzakirə etmək cəmiyyət olaraq bizim məsuliyyətimizdir. Bu gün Səidə Bəkirqızına qarşı aparılan kampaniya onun dediklərinin yanlış olmasından deyil, dediklərinin kimlərinsə maraqlarına toxunmasından qaynaqlanır. Qeyd etməyi vacib sayıram ki, mənim Səidə Bəkirqızı ilə heç bir şəxsi tanışlığım yoxdur. Onun da məni qiyabi də olsa tanıdığına inanmıram. Bu yazı nə şəxsi münasibətlərin, nə simpatiyanın, nə də hansısa bağlılığın nəticəsidir. Bu mövqe yalnız bir vətəndaş mövqeyidir. Çünki haqsızlıq qarşısında susmamağı, faktların təhrif edildiyi məqamda söz deməyi və ictimai qınağa çevrilən kampaniyalara etiraz etməyi hər bir vicdanlı vətəndaş özünə borc bilməlidir.MUASİRMEDİA.AZ
Şərafəddin İlkin, Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.