Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edilib-FOTO

Mədəniyyət
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli fevralın 3-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlo ilə görüşüb.
Diplomatı salamlayan nazir Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.
Adil Kərimli dövlət tərəfindən ölkəmizdə mədəniyyət və yaradıcı sənayenin inkişafına xüsusi diqqət yetirildiyini deyib.Görüşdə bu il ölkəmizdə yeddinci dəfə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə də söhbət açılıb.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir