Azərbaycanda biznesmen həbsxanada vəfat etdi

Hadisə

Bir müddət əvvəl dələduzluq əməlində təqsirli bilinərək həbs edilmiş tikinti şirkətinin rəhbəri cəzaçəkmə müəssisəsində vəfat edib.

Verilən  məlumata görə, əvvəllər “AFŞARAN-A” MMC, daha sonra “FAM-88”nin direktoru olmuş Fəxrəddin Hüseynov xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, şirkətin Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində tikdiyi bina ilə bağlı şikayətlər ictimailəşmişdi. Həmin vaxt vətəndaş şikayəti əsasında cinayət işi açılmış və F.Hüseynov həbs edilmişdi.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir