Ən çox azərbaycanlının yaşadığı qonşumuz İran çox çətin bir dövründə öz yeni Liderini – Ali Rəhbərini müəyyənləşdirdi. Bu, fevralın 28-də qətlə yetirilən Seyid Əli Xameneinin ikinci oğlu, 56 yaşlı Seyid Müctəba Xameneidir!
Damarlarında həm seyid, həm də azərbaycanlı qanı axan Müctəba Xamenei çox ağır bir imtahanla və olduqca çətin şəraitdə 90 milyonluq ölkənin sükanı arxasına keçir!
Bir neçə gün əvvəl atasını, anasını, bacısını, həyat yoldaşını, bacısının körpə balasını, dostlarını və yüzlərlə vətəndaşını ABŞ-İsrail ittifaqının qəfil bombardmanı altında itirib! Hələ heç çoxu dəfn də olunmayıb!
Adlarını İslam tarixinə qızıl həflərlə həkk etdirmiş babalarının yaşadıqları əzabı, çəkdikləri dərd yükünü indi o, çiyinlərində daşımalı və həm də bir xalqın ümid işığına çevrilməlidir!
Şübhəsiz ki, İranın yeni Ali Rəhbəri üçün indi ABŞ-İsrail ittifaqıyla müharibədən də çətini öz hissləri, emosiyalarıyla savaşdır və ilk növbədə, onları yenməkdir…
Bunu bacaracaqsa, deməli, soyuq və ağıllı qərarlarıyla ölkəsini də qurtuluşa götürməyi bacaracaq!
MUASİRMEDİA.AZ
