Azərbaycanda bir qrup dərman vasitələrinin qiyməti tənzimlənib.
Müvafiq qərar Tarif (qiymət) Şurasının bugünkü iclasında qəbul edilib.İclasda yeni dövlət qeydiyyatına alınan 183 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 2 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 30 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.
MM.AZ
