Əslən Neftçala rayonundan olan kinorejissor Kürçaylı Məmmədovun çəkdiyi “Taleyim mədəniyyət” filmi 70 illik ömrünün 47 ilini Salyanda mədəniyyət sahəsinə həsr edən veteran mədəniyyət işçisi, dövlət qulluqçusu Lətif Zərbəliyevin həyat yoluna həsr olunub.
Filmin çəkilişləri Neftçala və Salyan rayonlarının ərazisində aparılıb. Filmdə qəhrəman öz həyat hekayəsini anlatır, onun keçdiyi ömür yolu tamaşaçıya çatdırılır. Filmin operatoru Ramin Qafarlı, media dəstəyi texnili dəstəyi isə ARB Cənub və Creativ Studiodur. Film tezliklə tamaşaçılara təqdim olunacaq.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OÖLU
