Azərbaycan və Gürcüstanın polis akademiyaları arasında memorandum imzalanıb.
Azərbaycan Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə Gürcüstan DİN-in İctimai Təhlükəsizlik və Polis Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum akademiyalar arasında əməkdaşlığın dərinləşdirilməsini, birgə təhsil və peşə təşəbbüslərinin həyata keçirilməsini, təcrübə və qabaqcıl iş metodlarının bölüşülməsini, həmçinin kadrların hazırlanması və ixtisas artımı sahələrində tərəfdaşlığın möhkəmləndirilməsini nəzərdə tutulur.
MM.AZ
