SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı fərmanına uyğun olaraq 1947-1950-ci illərdə o vaxtki ermənistan SSR-in azərbaycanlı əhalisinin köçürülməsi siyasətini məqsədli şəkildə həyata keçirilib.
Deportasiyaya məruz qalan əslən, Qarabağlılar rayonun Kolanı kəndinin bir qrup sakinləri ilə ötən günlərə səyahət etdik.. Proses Azərbaycanda azərbaycanlıların ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından məcburi köçürülməsi və etnik təmizləməsi olaraq qiymətləndirilir. Deportasiya üçün lazımı vəsaitin və maddi-texniki yardımın ayrılması sənəd üzərində nəzərdə tutulsa da, bu həyata keçirilməmiş və ya çox zəif şəkildə həyata keçirilmişdir. Deportasiyaya məruz qalanların əksəriyyəti bundan şikayətçi olub. Həmçinin deportasiya edilənlərin heç olmasa, öz yaşadıqları yerin iqliminə bənzər regiona köçürülmə istəkləri də rədd edilib. Sənəd üzərində könüllülük əsasında həyata keçirilməsi nəzərdə tutulsa da, dövlətin gücü istifadə edilməklə bəzən zorakılıqla həyata keçirilmişdir, çünki deportasiya edilənlərin əksəriyyəti köçmək fikrində olmayıb. 1950 – ci illrdə Qərbi Azərbaycandan deportasiyaya məruz qalan Qarabağlılar rayonun Kolanı kəndin sakinlərinin bir qismi Salyan rayonun Şorsulu kəndində məskunlaşıb. Onlar illər ötsə də doğma torpaqlarının həsrəti ilə yaşayırlar. Əslən Qərbi Azərbaycandan olan 76 yaşlı Sədi Əkbərov deyir ki, günü bu gün öz ata – baba yurduna qayıtmağa hazırdır. O doğma torpaqları heç bir kompensasiya əvəz edə bilməz. Deportasiyaya məruz qalanların dəqiq sayı bəlli deyil. Onların sayının 50 mindən çox olması güman edilir. Deportasiya Sovet İttifaqının mütləq rəhbəri olan İosif Stalinin ölümündən sonra yavaşlamış və 1956-cı ildə isə tamamilə dayandırılmışdır. İllərdir doğma torpaq həsrətilə yaşayan Mirsabir Pənahov da ümid edir ki, zaman gələcək və onlar ata – baba yurdlarına dönəcəklər..Uzun zaman ötməsinə baxmayaraq Vaqif dayı da həmin illərin acısını qəlbində daşıyır. Tale elə gətirib ki, O, 80 – ci illərdə öz ata – baba yurduna baş çəkə bilib.Torpaqlarımızda ad dəyişmə əməliyyatı aparan erməni hakimiyyəti unutmamalıdır ki, biz yenidən öz doğma torpaqlarımıza mütləq qayıdacağıq….

MUASİRMEDİA.AZ
Yaqub Mehdioğlu Salyan
Yaqub Mehdioğlu Salyan