Xocalı həqiqətləri!

Tarix
Taleh Naibov: 1992-ci fevral ayının 20-dən Xocalıdan dəhşətli xəbərlər gəlirdi. Həmin vaxt DİN-nin XTPD-nin şəxsi heyəti komandir polkovnik Rövşən Cavadovun komandanlığı altında Ağdamda idi.
23 fevralda Ağdamın Şelli kəndində istiqamətindən, Əsgəran rayonu Neft bazası istiqamətindən,birdə Xuramurd, Xanabad istiqamətindən Xocalı camaatının xilası üçün əməliyyat hazırlanmışdı.
Biz, yəni, XTPD-nin bir hissəsi Rövşən Cavadovla birlikdə fevralın 23-24-nə keçən gecə Ağdam polis şöbəsində idik. Xocalıda olan telefonçu qız xəbər verirdi ki, artıq ermənilər rusiyanın 366-cı alayı ilə birlikdə Xocalıya tərəf irəliləyirlər. Telefonda yalvarırdı ki, Xocalı camaatına kömək lazımdır, kömək edin.
Gecə səhərə yaxın Rövşən Cavadov və XTPD-si Şelli istiqamətindən Ağdamda olan digər qüvvələrlə birlikdə Naxçıvaannik istiqamətinə köməyə getdik. Bizə əkin sahəsi ilə Naxçıvannik fermasına tərəf getməyi əmri verilmişdi. Sonradan məlum oldu ki, həmin sahə minalanmışımış. Neçə nəfər minaya düşdü. Bizi görən ermənilər bizi güllə, borana tutdular. XTPD-nin əməkdaşı Qüdsi başından ağır yaralandı, yıxılıb dəriyə düşdü, başımızı qaldıra bilmirdik.
Mühasirəyə düşdük,ermənilər bizə hər tərəfdən atəş açırdılar,axşama qədər mühasirədə qaldıq.Ətrafda çoxlu sayda Xocalı Şəhidlərinin meyidləri var idi.
Biz radioqəbul edici vasitəsi ilə Ağdamda əlaqə saxlayırıq ki, bizə kömək göndərsinlər.Ətraf xaos, bizimlə əməliyyat a gedən qüvvələr pərən-pərən olmuşdular, çoxlu Şəhid var idi.
Ağdamda yerləşən qərargahda olan ,o vaxt ki,Müdafiə Nazirinin qərargah rəisi general Şahin Musayev bizim arxamızca 3 helikopter göndərmişdi, bizi mühasirədən çıxarmaq üçün. Həmin helikopterdə rəhmətlik Seyidağa Mövsümlü də gəlmişdi, çəkilişləri o, aparırdı. Dəhşət idi, qadınların ayaqları bağlı idi, bir uşaq Anasına sığınıb sağ qalmışdı. Biz yaralıları, meyitlərdən nə qədər mümkündür helikopter yığıb böyük çətinliklə Ağdama qayıtdıq. Helikopterə çoxlu güllə dəymişdi, deşik-deşik idi. Qəhrəman helikopterçilər olmasaydı bizim də taleyimiz həll olmuşdu.
Ağdamda bizi itkin, şəhid bilirdilər.
Bu gün Xocalı azaddır!
Allah Şəhidlərimizə rəhmət eləsin!
Fotoğraf açıklaması yok.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir