Kollecdə oxuyub, işləmək üçün Lənkərana gedibmiş – 2 aydan sonra cəsədi tapılan xanımla bağlı şok faktlar

Kriminal

Lənkəranda meyiti tapılan qadının kimliyi və bəzi təfərrüatlar məlum olub.

Meyiti tapılan qadın Cəlilabad rayon Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır. K.Ağayeva bu ilin martın 2-dən itkin düşüb. Nənəsinin APA-ya verdiyi məlumata görə o, ailəli olub və ayrılıb.  Cəlilabadda kollecdə oxuyub. İşləmək üçün Lənkərana gəlib. 2 – 3 gündən sonra ondan heç bir xəbər olmayıb.

Onun itkin düşməsi barədə polisə məlumat verilib.

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir