“Nyukasl Yunayted” İngiltərə Liqa kubokunun sahibi olub

İdman

Bu gün “Uembli” stadionunda keçirilən finalda “Liverpul”u 2:1 hesabı ilə məğlub edən “Nyukasl Yunayted” tarixində ilk dəfə İngiltərə Liqa Kubokunu qazanıb.

MM.AZ xarici mətbuata istiandla xəbər verir ki, “Nyukasl” ilk qolunu 45-ci dəqiqədə Dan Burnun ayağından keçirib. İkinci hissəyə yüksək templə başlayan qara-ağlılar 52-ci dəqiqədə Aleksandr İsakın qolu ilə hesabı 2:0-a çatdırıb.

“Liverpul” isə 94-cü dəqiqədə Federiko Kyesanın qolu ilə hesabı 2:1 edib.

Beləliklə, qalib gələn “Nyukaasl” kuboku başının üzərinə qaldırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir